12px13px15px17px
Tarix:08/10/16

Hər saat təhlükəsizlik kodunu dəyişən ekrana malik bank kartı hazırlanıb

Fransanın “Oberthur Technologies” şirkəti təhlükəsizlik kodunu hər saat dəyişən kredit kartı hazırlayıb. İstehsalçıların fikrincə, belə təhlükəsizlik tədbiri kart oğurlandıqda ondan istifadəni qeyri-mümkün edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, son zamanlar kredit bank kartları ilə bağlı internet fırıldaqçılıq geniş vüsət alıb.

Əksər banklar şübhəli əməliyyatların nişanlanması yolu ilə fırıldaqçılarla  mübarizə aparmağa çalışsa da, amma bu sistem özünü doğrultmayıb. Fransanın “Sosiete General” və “Groupe BPCE” bankları “Oberthur Technologies” şirkəti tərəfindən hazırlanmış və fırıldaqçılığın qarşısının alınması üzrə “Motion Code” adlı yeni sistem tətbiq edib.

Kredit kartının arxa tərəfində yerləşdirilmiş kiçik ekranda hər saat təhlükəsizlik kodu dəyişilir ki, bu da fırıldaqçı əməliyyat cəhdlərinin qarşısını alır. Ekran möhkəm sukeçirməz materialdan hazırlanıb və 3 illik kiçik litium akkumulyator vasitəsilə işləyir.

Kart yaxın vaxtlarda Fransada əlçatan olacaq.

Emil Hüseynov




Baxış sayı: 1277

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024