12px13px15px17px
Tarix:12/10/16

Yeni zərərli proqram təminatı nümunələrində artım qeydə alınıb

“Symantec” şirkətinin tədqiqatçıları 2016-cı ilin sentyabrı üçün kibertəhlükələrə həsr edilən hesabat təqdim ediblər. Ekspertlərin məlumatına görə, ötən ay ən populyar “exploit” dəsti bütün hücumlarda payı təxminən 25 faiz təşkil edən “RIG” olub. Ay ərzində “RIG”-in “exploit” dəsti bazarında payı 21 faizdən çox (sentyabrda avqustdakı 3,2 faizdən 24,6 faizədək) artaraq "Neutrino”nu birinci mövqedən sıxışdırıb.   

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, bu ilin iyununda “Angler” “exploit” dəsti ləğv edildikdən sonra “Neutrino” ən aktiv istifadə edilən “exploit” dəsti olub, lakin indi onun payı 13,9 faizdən 12 faizədək azalıb. Tədqiqatçıların məlumatına görə, sentyabrda “Neutrino” populyarlığını itirməyə başlayaraq “RIG”-dən geri qalıb. Bu, daha populyar “Angler” və “Nuclear” “exploit”lərinin gözlənilmədən yoxa çıxmasından sonra kibertəhlükələr sahəsində baş verən böyük dəyişikliklərdən xəbər verir.  

Son 12 ayda ekspertlər tərəfindən yeni zərərli proqram təminatı nümunələrində böyük artım (50,1 milyon nümunə) qeydə alınıb. Son 3 ayda tədqiqatçılar, həmçinin elektron məktublar vasitəsilə yayılan zərərli proqramlarda artım müşahidə ediblər. Onların məlumatına görə, sentyabrda hər 113-cü məktub zərərli olub ki, bu da 2016-cı ilin yanvarından ən yüksək göstərici hesab edilir.

Ötən ay “spam”ın payında cüzi artım (53,1 faizdən 53,4 faizədək) qeydə alınıb. Zərərli məktublar ən çox tikinti sahəsi müəssisələrinə ünvanlanıb. “Spam”ın onların aldığı bütün məktublarda payı 62,2 faizə bərabərdir. “Spam”ın sayına görə sonrakı yerlərdə mədən sənayesi şirkətləri (57,7 faiz) və pərakəndə satış şirkətləri (54,8 faiz) qərarlaşıb. Sentyabrda viruslu məktubları hamıdan çox ştatı 1-250 nəfərdən ibarət kiçik biznes nümayəndələri alıb.   

Nizam Nuriyev 




Baxış sayı: 496

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024