12px13px15px17px
Tarix:13/10/16

Sosial şəbəkələrdə aktiv istifadəçilər daha tez-tez haker qurbanı olurlar

Ekspertlər əmindirlər ki, şəbəkədə istifadəçilərin aktivlik səviyyəsi onların fərdi məlumatlarının oğurlanması riski ilə birbaşa əlaqəlidir.

Risklərin idarə olunması üzrə “ID Analytics” şirkətinin araşdırmasına əsasən, şəbəkədə daha aktiv istifadəçilər 4 dəfə daha çox fərdi informasiya oğurluğunun qurbanı olurlar. Ekspertlər şəbəkə aktivliyi dedikdə fərdi informasiyanın müxtəlif onlayn kanallar vasitəsilə yayımını nəzərdə tuturlar.

“ICTnews” Elektron Xəbər Xidməti “psm7.com” saytına istinadən yazır ki, “ID Analytics” şirkəti təhlükəsizlik səviyyəsini müəyyənləşdirmək üçün aktiv sosial profillərin sayını təhlil etməyi tövsiyə edir. İnternetdə özünüz haqda informasiyanın az olması sizi hakerlər üçün çətin hədəfə çevirir. Fərdi məlumatların oğurlanması riskini azaltmaq üçün  haqqınızda paylaşdığınız informasiyaya və onu dərc etdiyiniz resurslara qarşı diqqətli olmaq lazımdır.

Emil Hüseynov




Baxış sayı: 618

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024