Tarix:21/10/16
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, routerlərin 15%-nə zəif parollar ("12345", "password" və sairə) qurulub və loqin kimi əksər hallarda ənənəvi "admin" sözündən istifadə olunur.
“Eset” şirkətindən bildirilib ki, routerlərin 7%-i yüksək və ya orta risk dərəcəli proqram boşluğuna malikdirlər. 53% hallarda problem icazə hüququnun yanlış sazlanması ilə bağlıdır. Routerlərin 39%-da aşkar edilmiş boşluq komandaların tətbiqi ilə bağlıdır. Belə ki, hakerlər komandaların köməyi ilə əməliyyat sisteminin əmr sətrinə giriş əldə edə bilərlər.
8%-də “XSS” boşluq qeydə alınıb.
"Araşdırma sübut etdi ki, aşkar edilmiş boşluqlar sayəsində “Wi-Fi” routerlərə asanlıqla hücum etmək olar. Bu, ev şəbəkələri, həmçinin kiçik biznesin təhlükəsizliyini təhlükə altına qoyur" – “Eset” şirkətinin eksperti Piter Stançik deyib.
Emil Hüseynov
Ev routerlərinin 15%-i haker hücumlarına qarşı dayanıqsızdır
“Eset” antivirus şirkətinin mütəxəssisləri “ESET NOD32” məhsullarının köməyi ilə təxminən 12 min marşrutlayıcı arasında aparılmış araşdırmaya əsasən belə qənaətə gəliblər ki, ev routerlərinin ən azı 15%-nin təhlükəsizlik sistemində problem mövcuddur.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, routerlərin 15%-nə zəif parollar ("12345", "password" və sairə) qurulub və loqin kimi əksər hallarda ənənəvi "admin" sözündən istifadə olunur.
“Eset” şirkətindən bildirilib ki, routerlərin 7%-i yüksək və ya orta risk dərəcəli proqram boşluğuna malikdirlər. 53% hallarda problem icazə hüququnun yanlış sazlanması ilə bağlıdır. Routerlərin 39%-da aşkar edilmiş boşluq komandaların tətbiqi ilə bağlıdır. Belə ki, hakerlər komandaların köməyi ilə əməliyyat sisteminin əmr sətrinə giriş əldə edə bilərlər.
8%-də “XSS” boşluq qeydə alınıb.
"Araşdırma sübut etdi ki, aşkar edilmiş boşluqlar sayəsində “Wi-Fi” routerlərə asanlıqla hücum etmək olar. Bu, ev şəbəkələri, həmçinin kiçik biznesin təhlükəsizliyini təhlükə altına qoyur" – “Eset” şirkətinin eksperti Piter Stançik deyib.
Emil Hüseynov
Baxış sayı: 540
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir