Tarix:25/10/16
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, “Android” mobil əməliyyat sistemi vasitəsilə edilmiş 20 milyon əməliyyatdan təxminən 0.3%-i məlumat itkisi ilə bağlıdır. Təhlilə əsasən, itkilərin 58%-i meta məlumatlara, o cümlədən “IMEI”, “MAC” və “IMSI” nömrələrinə, “SİM” kartlar və cihazın istehsalçısı haqqında informasiyaya aiddir.
Məlumat itkisinin 39.9%-i istifadəçinin olduğu yer haqda dəqiq məlumatları, 3%-i isə istifadəçinin fərdi məlumatlarını özündə saxlayıb. Məlumat itkisinin 1%-i zərərli proqram təminatı, digər hissəsi isə əməliyyat sisteminin rəsmi tətbiqlərindən istifadə ilə bağlıdır.
“iOS” mobil platforması ilə işləyən qurğularda oxşar faiz nisbəti müşahidə olunub. Keçirilmiş 26 milyon əməliyyat nəticəsində 0.5% halda məlumat itkisi qeydə alınıb. Əməliyyatların 72.3%-i qurğu haqda, 27.5%-i cihaz sahibinin olduğu yer haqda və 0.2%-i istifadəçinin fərdi məlumatları haqda kənar istifadəçiyə informasiya çatdırıb. Məlumat itkisinin 5%-i zərərli proqram təminatı ilə bağlıdır.
Məlumat itkilərinin yerləşmə mövqeyinə görə, demək olar ki, itkilər ən çox amerikalı və çinli istifadəçilərdə qeydə alınır. Həmçinin Cənubi Afrika və Böyük Britaniyadan olan böyük sayda cihaz sahibləri reytinqdə yer alıb.
Emil Hüseynov
Hansı mobil əməliyyat sistemi öz istifadəçilərini daha çox izləyir?
Kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış “Zscaler” şirkətinin ekspertləri müxtəlif platformalarda işləyən mobil qurğuların haker hücumlarına qarşı dayanıqlığını yoxlayıblar. Onlar araşdırmada hər rüb mobil cihazlarla bağlı təxminən 45 milyon əməliyyatın keçirildiyi korporativ “bulud” platformasından əldə edilmiş məlumatlardan istifadə ediblər. Bu əməliyyatların təxminən 4%-i (təqribən 200 min) məlumat itkisi ilə bağlıdır.“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, “Android” mobil əməliyyat sistemi vasitəsilə edilmiş 20 milyon əməliyyatdan təxminən 0.3%-i məlumat itkisi ilə bağlıdır. Təhlilə əsasən, itkilərin 58%-i meta məlumatlara, o cümlədən “IMEI”, “MAC” və “IMSI” nömrələrinə, “SİM” kartlar və cihazın istehsalçısı haqqında informasiyaya aiddir.
Məlumat itkisinin 39.9%-i istifadəçinin olduğu yer haqda dəqiq məlumatları, 3%-i isə istifadəçinin fərdi məlumatlarını özündə saxlayıb. Məlumat itkisinin 1%-i zərərli proqram təminatı, digər hissəsi isə əməliyyat sisteminin rəsmi tətbiqlərindən istifadə ilə bağlıdır.
“iOS” mobil platforması ilə işləyən qurğularda oxşar faiz nisbəti müşahidə olunub. Keçirilmiş 26 milyon əməliyyat nəticəsində 0.5% halda məlumat itkisi qeydə alınıb. Əməliyyatların 72.3%-i qurğu haqda, 27.5%-i cihaz sahibinin olduğu yer haqda və 0.2%-i istifadəçinin fərdi məlumatları haqda kənar istifadəçiyə informasiya çatdırıb. Məlumat itkisinin 5%-i zərərli proqram təminatı ilə bağlıdır.
Məlumat itkilərinin yerləşmə mövqeyinə görə, demək olar ki, itkilər ən çox amerikalı və çinli istifadəçilərdə qeydə alınır. Həmçinin Cənubi Afrika və Böyük Britaniyadan olan böyük sayda cihaz sahibləri reytinqdə yer alıb.
Emil Hüseynov
Baxış sayı: 600
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir