Tarix:02/11/16
Analitiklərin məlumatına əsasən, iyul-sentyabr aylarında sözügedən bazarın həcmi 43 milyon qurğu təşkil edib, halbuki bir il əvvəl istehsalçılar 50.5 milyon planşet tədarük etmişdilər. Beləliklə, bir il ərzində planşet bazarının həcmi 14.7% azalıb. Eyni zamanda planşet bazarı cari ilin ikinci rübü ilə müqayisədə 9.8% artıb.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, 9.3 milyon müxtəlif “iPad” modelləri tədarük etmiş “Apple” şirkəti planşet bazarında əvvəlki kimi liderdir, bazar payı 21.5%-dir. Ancaq bir il əvvəl şirkət 9.9 milyon qurğu tədarük etmişdi. 6.5 milyon qurğu tədarük etmiş “Samsung” şirkəti ikinci yerdə qərarlaşıb. Cənubi Koreya şirkətinin tədarük həcmi bir ildə 1.6 milyon azalıb.
“Amazon” şirkəti planşet bazarında üçüncü pilləni tutub, planşet tədarükünü 319.9% artırmağa nail olub. Beləliklə, şirkətin bazar payı 1.5%-dən 7.3%-dək artıb.
Emil Hüseynov
Qlobal planşet bazarının həcmi 15% azalıb
“IDC” analitik şirkəti cari ilin üçüncü rübünün nəticəsinə görə qlobal planşet bazarının vəziyyəti haqda hesabatını dərc edib.Analitiklərin məlumatına əsasən, iyul-sentyabr aylarında sözügedən bazarın həcmi 43 milyon qurğu təşkil edib, halbuki bir il əvvəl istehsalçılar 50.5 milyon planşet tədarük etmişdilər. Beləliklə, bir il ərzində planşet bazarının həcmi 14.7% azalıb. Eyni zamanda planşet bazarı cari ilin ikinci rübü ilə müqayisədə 9.8% artıb.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, 9.3 milyon müxtəlif “iPad” modelləri tədarük etmiş “Apple” şirkəti planşet bazarında əvvəlki kimi liderdir, bazar payı 21.5%-dir. Ancaq bir il əvvəl şirkət 9.9 milyon qurğu tədarük etmişdi. 6.5 milyon qurğu tədarük etmiş “Samsung” şirkəti ikinci yerdə qərarlaşıb. Cənubi Koreya şirkətinin tədarük həcmi bir ildə 1.6 milyon azalıb.
“Amazon” şirkəti planşet bazarında üçüncü pilləni tutub, planşet tədarükünü 319.9% artırmağa nail olub. Beləliklə, şirkətin bazar payı 1.5%-dən 7.3%-dək artıb.
Emil Hüseynov
Baxış sayı: 671
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır