Tarix:03/11/16
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “CEB” şirkəti ekspertlərinin məlumatına görə, əməkdaşların təxminən 2/3 hissəsi rahatçılığa görə iş üçün şəxsi servis və texnologiyalardan istifadə edir. Məsələn, çoxları korporativ sənədləri ofisdən kənarda işləmək məqsədilə şəxsi elektron poçtuna göndərir.
Rahatlığı və səmərəliliyi təhlükəsizlikdən üstün tutan şirkət əməkdaşları böyük əhəmiyyətə malik məlumatların məxfiliyini təhlükə altında qoyurlar. Sözsüz, belə praktika çox böyük maddi ziyan vurur. Məsələn, “Fortune 1000” jurnalının reytinqində yer alan şirkət orta hesabla ildə 400 min dollar sərf edərək müştəri və əməkdaşları məlumat sızması barədə xəbərdar edir.
Təhlükəsizlik siyasətinin pozulması hallarının 45 faizi əməkdaşlar tərəfindən pis niyyətlə edilmir. “CEB” eksperti Brayan Linin sözlərinə görə, əməkdaşlar həmişə işi asanlaşdımağa və xüsusilə onlara lazımsız görünən qaydaları pozmağa çalışacaqlar. İş prosesinin belə “səmərələşdirilməsi” təkcə məlumatların təhlükəsizliyini deyil, həmçinin biznesin aparılma strategiyasını təhdid altına alır ki, nəticədə onun artımının azalmasına səbəb ola bilər.
Əməkdaşların informasiyaya səhlənkar yanaşmaları ilə bağlı riskləri azaltmaq məqsədilə şirkətlər iki əsas qaydaya əməl etməlidir. Birincisi, zərurət olmadan çoxlu məlumat saxlamağa ehtiyac yoxdur. İkincisi, bilavasitə iş proseslərinə təhlükəsizlik mexanizmləri tətbiq edilməlidir. Əməkdaşların şəxsi servislərdən istifadə etməyə üstünlük vermələrinin səbəblərindən biri onlarda yorucu təlimatlara əməl etmək istəyinin olmamasındadır.
Nizam Nuriyev
Şirkətlərin əksər əməkdaşları kibertəhlükəsizlik siyasətini pozur
Dünya şirkətləri özlərinin və müştərilərinin məlumatlarının mühafizəsinə investisiyaları artırdığı bir dövrdə informasiya təhlükəsizliyi üçün başlıca təhdid hakerlər deyil, əməkdaşlar olaraq qalır. “Bulud” texnologiyalarının inkişafı sayəsində məlumatlar tədricən korporativ şəbəkələrdən əməkdaşların əlinə keçir.“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “CEB” şirkəti ekspertlərinin məlumatına görə, əməkdaşların təxminən 2/3 hissəsi rahatçılığa görə iş üçün şəxsi servis və texnologiyalardan istifadə edir. Məsələn, çoxları korporativ sənədləri ofisdən kənarda işləmək məqsədilə şəxsi elektron poçtuna göndərir.
Rahatlığı və səmərəliliyi təhlükəsizlikdən üstün tutan şirkət əməkdaşları böyük əhəmiyyətə malik məlumatların məxfiliyini təhlükə altında qoyurlar. Sözsüz, belə praktika çox böyük maddi ziyan vurur. Məsələn, “Fortune 1000” jurnalının reytinqində yer alan şirkət orta hesabla ildə 400 min dollar sərf edərək müştəri və əməkdaşları məlumat sızması barədə xəbərdar edir.
Təhlükəsizlik siyasətinin pozulması hallarının 45 faizi əməkdaşlar tərəfindən pis niyyətlə edilmir. “CEB” eksperti Brayan Linin sözlərinə görə, əməkdaşlar həmişə işi asanlaşdımağa və xüsusilə onlara lazımsız görünən qaydaları pozmağa çalışacaqlar. İş prosesinin belə “səmərələşdirilməsi” təkcə məlumatların təhlükəsizliyini deyil, həmçinin biznesin aparılma strategiyasını təhdid altına alır ki, nəticədə onun artımının azalmasına səbəb ola bilər.
Əməkdaşların informasiyaya səhlənkar yanaşmaları ilə bağlı riskləri azaltmaq məqsədilə şirkətlər iki əsas qaydaya əməl etməlidir. Birincisi, zərurət olmadan çoxlu məlumat saxlamağa ehtiyac yoxdur. İkincisi, bilavasitə iş proseslərinə təhlükəsizlik mexanizmləri tətbiq edilməlidir. Əməkdaşların şəxsi servislərdən istifadə etməyə üstünlük vermələrinin səbəblərindən biri onlarda yorucu təlimatlara əməl etmək istəyinin olmamasındadır.
Nizam Nuriyev
Baxış sayı: 780
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir