Tarix:07/11/16
"ICTnews" Elektron Xəbər Xidməti "Qosindeks" resursuna istinadən yazır ki, bu xoşagəlməz halla kompüterə "FLV Player" pleyerini yükləyərkən də rastlaşmaq olar. Virus yükləmə zamanı antivirus kimi görünən "FLVPlayer.dmg" adı altında gizlənir. Sonra proqram kompüterin təhlükəsizliyini təmin etmək üçün faylları yükləməyi tələb edir, lakin əslində məqsəd kompüteri virusa tam yoluxdurmaqdan ibarətdir.
Məlumata görə, "Windows" əməliyyat sistemi ilə işləyən fərdi kompüter istifadəçiləri də təhlükə altındadır. "Google Chrome" faylını yükləmək istəyən istifadəçilər virusa yoluxmuş "admin.myfilessoft.com" saytına yönəldilirlər. Mütəxəssislər "Google" şirkətini problem barədə məlumatlandırıblar. "Chrome" brauzerini bu yaxınlarda yükləyən istifadəçilərin kompüteri antivirusla yoxlaması tövsiyə edilir.
Nizam Nuriyev
“Google” reklamı “Mac” kompüterlərini virusa yoluxdurur
"Cylance" şirkətinin mütəxəssisləri "Mac" kompüteri istifadəçilərinin cinayətkarların "Google Chrome"un sifarişi ilə "AdWords" servisində bir neçə ön mövqeyi satın alması səbəbindən "Google.com" reklamı ilə ehtiyatlı olmaları barədə xəbərdarlıq ediblər. İndi brauzeri yükləyən istifadəçilərin zərərli proqram almaları qaçılmaz olub."ICTnews" Elektron Xəbər Xidməti "Qosindeks" resursuna istinadən yazır ki, bu xoşagəlməz halla kompüterə "FLV Player" pleyerini yükləyərkən də rastlaşmaq olar. Virus yükləmə zamanı antivirus kimi görünən "FLVPlayer.dmg" adı altında gizlənir. Sonra proqram kompüterin təhlükəsizliyini təmin etmək üçün faylları yükləməyi tələb edir, lakin əslində məqsəd kompüteri virusa tam yoluxdurmaqdan ibarətdir.
Məlumata görə, "Windows" əməliyyat sistemi ilə işləyən fərdi kompüter istifadəçiləri də təhlükə altındadır. "Google Chrome" faylını yükləmək istəyən istifadəçilər virusa yoluxmuş "admin.myfilessoft.com" saytına yönəldilirlər. Mütəxəssislər "Google" şirkətini problem barədə məlumatlandırıblar. "Chrome" brauzerini bu yaxınlarda yükləyən istifadəçilərin kompüteri antivirusla yoxlaması tövsiyə edilir.
Nizam Nuriyev
Baxış sayı: 620
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir