Tarix:24/11/16
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” “www.4pda.ru” resursuna istinadən yazır ki, həvəskarlar qrupu “RealTek” audiokodeklərində vəzifələrin paylanması funksiyasını yerinə yetirən “Speake(a)r” adlı zərərli proqram təminatı yaradıblar. Kompüterlər üçün əksər ana platalar məhz bu istehsalçının audioçipləri ilə təchiz edilir. Hücuma məruz qalan kompüterin qulaqcıqlar üçün çıxışlarını məsafədən mikrofonun qoşulması üçün port kimi konfiqurasiya etmək və bunun sayəsində virusa yoluxmuş kompüterin ətrafında baş verənləri qulaqcıqlar ilə dinləmək olar.
Maraqlıdır ki, sınaqlar zamanı hakerlər "Sennheiser” qulaqcıqları ilə təxminən 6 metr məsafədə olan danışığı dinləyə biliblər.
Eksployt müəlliflərinin sözlərinə görə, insanlar bu boşluq barədə fikirləşmirlər. Kompüterin mikrofonu söndürülsə belə, qulaqcıqdan dinləmə üçün istifadə mümkündür.
Hazırda virus yalnız “RealTek” şirkətinin audiolu kompüterlərində sınaqdan keçirilib, lakin digər qurğuların da belə hücuma məruz qala bilməsi istisna edilmir. Qulaqcıqlardan istifadə edilmədikdə təhlükəsizlik baxımından onları söndürmək tövsiyə edilir.
Nizam Nuriyev
Hakerlər istifadəçiləri qulaqcıqlar vasitəsilə dinləməyə başlayıblar
Əməliyyat sistemləri, şəbəkələr və ya konkret qurğuların sındırılması barədə xəbərlərin tez-tez yayılmasına baxmayaraq, bu dəfə hakerlər qulaqcıqlara müdaxilə etmək qərarına gəliblər.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” “www.4pda.ru” resursuna istinadən yazır ki, həvəskarlar qrupu “RealTek” audiokodeklərində vəzifələrin paylanması funksiyasını yerinə yetirən “Speake(a)r” adlı zərərli proqram təminatı yaradıblar. Kompüterlər üçün əksər ana platalar məhz bu istehsalçının audioçipləri ilə təchiz edilir. Hücuma məruz qalan kompüterin qulaqcıqlar üçün çıxışlarını məsafədən mikrofonun qoşulması üçün port kimi konfiqurasiya etmək və bunun sayəsində virusa yoluxmuş kompüterin ətrafında baş verənləri qulaqcıqlar ilə dinləmək olar.
Maraqlıdır ki, sınaqlar zamanı hakerlər "Sennheiser” qulaqcıqları ilə təxminən 6 metr məsafədə olan danışığı dinləyə biliblər.
Eksployt müəlliflərinin sözlərinə görə, insanlar bu boşluq barədə fikirləşmirlər. Kompüterin mikrofonu söndürülsə belə, qulaqcıqdan dinləmə üçün istifadə mümkündür.
Hazırda virus yalnız “RealTek” şirkətinin audiolu kompüterlərində sınaqdan keçirilib, lakin digər qurğuların da belə hücuma məruz qala bilməsi istisna edilmir. Qulaqcıqlardan istifadə edilmədikdə təhlükəsizlik baxımından onları söndürmək tövsiyə edilir.
Nizam Nuriyev
Baxış sayı: 608
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir