12px13px15px17px
Tarix:06/12/16

Dünyada kiberhücum və zərərverici proqram təminatının sayı 5% artıb

İnformasiya təhlükəsizliyinin təmini üçün proqram təminatının hazırlanması üzrə ixtisaslaşmış “Check Point” şirkəti 2016-cı ilin oktyabrında dünyada kiberhücum və zərərverici proqram sayının 5% artımı haqda məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Check Point” şirkətinin nümayəndəsi bildirib ki, cari ilin digər ayları ilə müqayisədə şirkətlərə hücumların sayı rekord təşkil edib.

Tədqiqatçıların qiymətləndirməsinə görə, əməliyyatların məsafədən icrasını və zərərverici proqram təminatının yüklənməsini təmin edən “Conficker” virusu qeydə alınmış hücumların təxminən 17%-ni təşkil edib.

“Locky” fırıldaqçı proqramından istifadəyə əsaslanan kiberhücumların payı 5%-ə yaxınlaşıb. “Check Point” şirkəti aşkar edilmiş hücumların 5%-də qeydə alınmış “Zeus” bank troyanını ən geniş yayılmış kompüter viruslarının üçlüyünə daxil ediblər.

Emil Hüseynov




Baxış sayı: 727

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Dekabr 2024

17 12 2024