Tarix:12/12/16
“ICTnews” Elektron Xəbər Xidməti “https://hi-tech.mail.ru” saytına istinadən yazır ki, “Android.Loki.16.origin” troyanı reklam və zərərverici proqramlar vasitəsilə yayılır. Virus qurğu haqda məlumatı cinayətkarların serverinə ötürür və telefona “root” giriş əldə etmək üçün ona eksploit yüklənilir.
“Android.Loki.16.origin” virusu "/system" bölməsinə yeridilir və sistem fayllarının dəyişilməsinə giriş imkanına malik olur. Virusu sildikdən sonra sistem açılmır, çünki bəzi sistem kitabxanaları troyanla birgə silinmiş olur.
Troyan aktivləşdikdən sonra qurğulara başqa zərərverici proqramlar, reklam modulları yükləyir. Cinayətkarlar reklam bannerlərinin nümayişindən və “Google Play”da proqramların yüklənmə statistikasını saxtalaşdırmaqla pul qazanırlar.
Qurğunun işini bərpa etməyin yeganə üsulu sistemi yenidən quraşdırmaqdır.
Emil Hüseynov
Sistem fayllarına müdaxilə edən virus aşkar edilib
“Android.Loki.16.origin” virusu “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfon və ya planşetlərdə sistem kitabxanalarına giriş əldə etməyə cəhd göstərir. "Doktor Veb" şirkətinin araşdırmasına görə, bundan sonra sistemi yenidən quraşdırmadan troyanı silmək qeyri-mümkündür.“ICTnews” Elektron Xəbər Xidməti “https://hi-tech.mail.ru” saytına istinadən yazır ki, “Android.Loki.16.origin” troyanı reklam və zərərverici proqramlar vasitəsilə yayılır. Virus qurğu haqda məlumatı cinayətkarların serverinə ötürür və telefona “root” giriş əldə etmək üçün ona eksploit yüklənilir.
“Android.Loki.16.origin” virusu "/system" bölməsinə yeridilir və sistem fayllarının dəyişilməsinə giriş imkanına malik olur. Virusu sildikdən sonra sistem açılmır, çünki bəzi sistem kitabxanaları troyanla birgə silinmiş olur.
Troyan aktivləşdikdən sonra qurğulara başqa zərərverici proqramlar, reklam modulları yükləyir. Cinayətkarlar reklam bannerlərinin nümayişindən və “Google Play”da proqramların yüklənmə statistikasını saxtalaşdırmaqla pul qazanırlar.
Qurğunun işini bərpa etməyin yeganə üsulu sistemi yenidən quraşdırmaqdır.
Emil Hüseynov
Baxış sayı: 622
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir