12px13px15px17px
Tarix:17/12/16

Hakerlər zərərli proqram təminatından imtina edərək qanuni alətlərdən istifadəyə başlayıblar

“Carbon Black” şirkətinin ekspertləri tədqiqat apararaq təhlükəsizlik üzrə mütəxəssislərin zərərli proqram təminatından istifadəyə üstünlük verməyən hakerlərin zərərli aktivliyinə diqqət yetirməli olmaları qənaətinə gəliblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, tədqiqatda şirkətin ixtiyarında ümumilikdə 2,5 milyon qurğu olan min müştərisi iştirak edib. Ekspertlərin məlumatına görə, bu ilin əvvəlində qanuni proqramlar və zərərli proqram təminatından istifadə etmədən sistem prosessorları vasitəsilə həyata keçirilən kiberhücumların payı 3 faiz təşkil edib, lakin artıq noyabrda bu göstərici 15 faizədək artıb. Onların fikrincə, hazırda belə hücumların sayı maksimum səviyyəyə çatıb və növbəti ildə onlara xüsusi diqqət yetirmək lazımdır.  
 
Ekspertlərin sözlərinə görə, hakerlər cinayət məqsədilə “PowerShell” və “Windows Management” kimi qanuni alətlərdən istifadə edirlər. Zərərli proqram təminatından istifadə etməyən hakerlər onun köməyi ilə məlumatları oğurlayır və şəbəkələrdə monitorinqlər aparırlar. Zərərli proqram təminatından istifadə etmədən hücum nümunəsi kimi “Carbon Black” ekspertləri ABŞ Demokratik Partiyası Milli Komitəsinin şəbəkələrinə ehtimal edilən müdaxiləni qeyd ediblər.
 
Tədqiqatçılar qeyd ediblər ki, 2016-cı ilin dördüncü rübündə zərərli proqram təminatının iştirakı olmadan ciddi təhlükəsizlik insidentlərinin sayı birinci yarımilliklə müqayisədə 33 faiz artıb. Ekspertlər ciddi hücumlara şübhəli əmr komandalarından istifadə etməklə hücumları və “PowerShell” alətində birbaşa icraedici kodun tətbiqini aid edirlər.
 
Nizam Nuriyev 




Baxış sayı: 586

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Dekabr 2024 13:04:11

17 12 2024