12px13px15px17px
Tarix:19/12/16

Növbəti ilin əsas kibertəhdidləri açıqlanıb

Yaponiyanın kompüter təhlükəsizliyi sistemlərinin hazırlanması ilə məşğul olan “Trend Micro” şirkəti 2017-ci ilin əsas kibertəhdidlərinə həsr edilən hesabat hazırlayaraq cinayətkarların zəmanə ilə ayaqlaşmasını və ən son texnologiya və ya daha geniş yayılmış məhsullara üstünlük verməsini açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, şirkətin texnologiyalar üzrə direktoru Raymund Qinesin sözlərinə görə, növbəti ildə kibertəhlükəsizlik sənayesi yeni mərhələyə daxil olacaq. “2016-cı ildə kibercinayətkarlar hücum üsullarını və hücum edilən hədəflərin növlərini təkmilləşdiriblər. Biz iri korporasiyalar üçün yeni hücum metodlarının yaranmasını, geniş qurğular çeşidinə aid olacaq onlayn fırıldaqçılıq taktikasının genişlənməsini, eləcə də ictimai fikrin manipulyasiyası üçün kibertəbliğat üsullarının tətbiqini proqnozlaşdırırıq”, - direktor bildirib.

Ekspertlərin qənaətinə görə, 2017-ci ildə məqsədyönlü hücumların həyata keçirilməsində “Əşyalar interneti” (IoT) əhəmiyyətli rol oynayacaq. “IoT” qurğularından istifadə edilməklə həyata keçirilən hücumlar internetə qoşulmuş qurğuların hər yerdə yayılması, eləcə də onların boşluqlu yerlərindən istifadə imkanı və mühafizə edilməyən korporativ sistemlərdən istifadə sayəsində gəlirli olacaq.

“Trend Micro” hesabatında, həmçinin qeyd olunur ki, qarşıdakı ildə “Apple” və “Adobe” şirkətlərinin məhsullarının istifadəçiləri xüsusilə ehtiyatlı olmalıdırlar. Şirkət analitikləri izah ediblər ki, 2016-cı ildə “Apple” məhsullarında 50 boşluq aşkarlanıb, “Adobe” üçün bu göstərici 135 təşkil edib. 2017-ci ildə “Apple” məhsullarında boşluqların sayının artacağı gözlənilir.  

Yaponiya şirkətinin proqnozunda qeyd edilən daha bir ciddi təhlükə korporativ poçtdan istifadə edilməklə törədilən fırıldaqçılıqla əlaqədardır. “Biz kibercinayətkarların daim dəyişən texnoloji landşafta uyğunlaşmaqda davam etməsinin şahidi oluruq. 2016-cı ildə yeni fırıldaqçılıq proqramlarının sayında nəzərəçarpacaq artımın qeyd alınmasına baxmayaraq hazırda o, xeyli azalıb. Odur ki, hakerlər belə proqramların artıq mövcud olan müxtəlif növlərindən istifadə yollarını axtaracaqlar”, - “Trend Micro”nun kibertəhlükəsizlik üzrə idarəsinin rəhbəri Ed Kabrera deyib.

Bundan başqa, hesabat müəllifləri kibertəbliğatın güclənməsi, o cümlədən sosial şəbəkə və mikrobloqlar istifadəçilərinə qarşı yönələn avtomatik informasiya trafikinin generasiyası, eləcə də sosial şəbəkələrdə artan yalan xəbərlərin sayı ilə əlaqədar təhdidlərə diqqət yönəldirlər.

Xatırladaq ki, “Facebook” sosial şəbəkəsi yalan məlumatların yayılması ilə mübarizə üçün yeni mexanizm istifadəyə verib. Mexanizm vasitəsilə dərc edilmiş şübhəli materiallarda olan informasiyanın həqiqiliyi müstəqil təşkilatlar tərəfindən yoxlanılacaq.

Nizam Nuriyev 




Baxış sayı: 403

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Aprel 2017

28 04 2017

28/04/17
Dünya smartfon bazarının həcmi 4,3% artıb

“IDC” analitik şirkətinin ilkin məlumatlarına əsasən, 2017-ci ilin birinci rübündə istehsalçılar ümumilikdə 

28/04/17
"Elektron hökumət" quruculuğu barədə növbəti seminar Ağdaşda keçirildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Regional İnsan Hüquqları və Media Mərkəzi 

28/04/17
“Google Trips” səyahətlərin planlaşdırılmasını asanlaşdıracaq

“Google” şirkəti ötən il səyahətlərin planlaşdırılması üçün “Trips” mobil proqramını təqdim edib. Gedilə

28/04/17
Yaponiyanın mobil operatoru uçan sferik ekran yaradıb

Yaponiyanın Tiba şəhərində keçiriləcək “Niconico” konfransında “NTT Docomo” regional provayderi 

28/04/17
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq üzrə geniş müşavirə keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına nəqliyyat və rabitə sahələri üzrə hazırlıqla 

28/04/17
Bina çap edən robot yaradılıb

Massaçusets Texnologiya İnstitutunun mühəndisləri bina çap etməyə imkan verən daxili “3D” printerə malik 

28/04/17
BMT qızların İKT sahəsində imkanlarını genişləndirməyə çağırır

Birləşmiş Millətlər Təşkilatı qızların informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində imkanlarını 

28/04/17
Yeni “BlackBerry” smartfonunun satışa çıxarılma vaxtı məlum olub

Kanadanın “BlackBerry” brendinin sahibi - Çinin “TCL” şirkəti eyniadlı ilk smartfonun təqdim ediləcəyi tarixi