Tarix:20/12/16
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, Avropolun dərc etdiyi “IOCTA 2016” (Internet Organised Crime Threat Assessment - Mütəşəkkil kibercinayətkarlıq təhdidlərinin qiymətləndirilməsi) hesabatında dünya kibercinayətkarlığında iki maraqlı yenilik yer alıb: “cinayətkarlıq servis kimi” (cybercrime-as-a-service, CaaS) və “fırıldaqçı proqram təminatı xidmət kimi” (ransomware-as-a-service, RaaS). “High-Tech Bridge” şirkətinin eksperti İlya Koloşenko “Forbes” nəşrində dərc edilən məqalədə yazıb ki, birinci biznes modeli çərçivəsində cinayətkarlar zərərli proqram təminatını ucuz qiymətə satır, onun quraşdırılması və kiberhücumların, o cümlədən “DDoS” hücumlarının həyata keçirilməsi üzrə xidmətlər göstərirlər. Bəzi hallarda xidmətlərin anonim ödənişi üçün kriptovalyutadan istifadə olunur. Bu texnologiyanın mahiyyəti ilə əlaqədar belə halları araşdırmaq çətinliklər törədir, eləcə də rəqəmli sübutları asanlıqla saxtalaşdırmaq mümkündür.
Kibercinayətkarlar arasında populyarlığı artan ikinci biznes modeli “fırıldaqçı proqram təminatı xidmət kimi” modelidir. “Trend Micro” şirkətinin tədqiqatına görə, fırıldaqçı proqram təminatından istifadə edilməklə həyata keçirilən uğurlu hücumlar fırıldaqçı operatorlara çoxlu qazanc gətirir. Bildirilir ki, bu ilin əvvəlindən yeni fırıldaqçı proqram təminatı növlərinin sayı 172 faiz artıb.
İ.Koloşenkonun sözlərinə görə, fırıldaqçı proqram təminatından istifadə cinayətkarlara daimi gəlirə zəmanət verir, çünki əksər qurbanlar məlumatların şifrlərinin açılmasına görə pul ödəməyə hazırdır. Ekspertin fikrincə, gələcəkdə fırıldaqçı operatorlar hücumlara yanaşmanı dəyişəcək və smartfon və kompüterlərlə yanaşı, “ağıllı” saat və internetə qoşulan digər qurğuları bloklayacaqlar.
Nizam Nuriyev
Kiberhücumlar 2021-ci ilədək dünya iqtisadiyyatına 6 trilyon dollar ziyan vuracaq
Kibercinayətkarlıq bəşəriyyətin növbəti 20 ildə qarşılaşacağı ən ciddi problemlərdən biri olacaq. Belə ki, “Juniper Research” şirkətinin tədqiqatına görə, 2019-cu ilədək dünya iqtisadiyyatının kiberhücumlardan ümumi itkiləri 2,1 trilyon dollar təşkil edəcək, “Cybersecurity Ventures”in proqnozuna görə, 2021-ci ilədək bu göstərici 6 trilyon dollara çatacaq.“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, Avropolun dərc etdiyi “IOCTA 2016” (Internet Organised Crime Threat Assessment - Mütəşəkkil kibercinayətkarlıq təhdidlərinin qiymətləndirilməsi) hesabatında dünya kibercinayətkarlığında iki maraqlı yenilik yer alıb: “cinayətkarlıq servis kimi” (cybercrime-as-a-service, CaaS) və “fırıldaqçı proqram təminatı xidmət kimi” (ransomware-as-a-service, RaaS). “High-Tech Bridge” şirkətinin eksperti İlya Koloşenko “Forbes” nəşrində dərc edilən məqalədə yazıb ki, birinci biznes modeli çərçivəsində cinayətkarlar zərərli proqram təminatını ucuz qiymətə satır, onun quraşdırılması və kiberhücumların, o cümlədən “DDoS” hücumlarının həyata keçirilməsi üzrə xidmətlər göstərirlər. Bəzi hallarda xidmətlərin anonim ödənişi üçün kriptovalyutadan istifadə olunur. Bu texnologiyanın mahiyyəti ilə əlaqədar belə halları araşdırmaq çətinliklər törədir, eləcə də rəqəmli sübutları asanlıqla saxtalaşdırmaq mümkündür.
Kibercinayətkarlar arasında populyarlığı artan ikinci biznes modeli “fırıldaqçı proqram təminatı xidmət kimi” modelidir. “Trend Micro” şirkətinin tədqiqatına görə, fırıldaqçı proqram təminatından istifadə edilməklə həyata keçirilən uğurlu hücumlar fırıldaqçı operatorlara çoxlu qazanc gətirir. Bildirilir ki, bu ilin əvvəlindən yeni fırıldaqçı proqram təminatı növlərinin sayı 172 faiz artıb.
İ.Koloşenkonun sözlərinə görə, fırıldaqçı proqram təminatından istifadə cinayətkarlara daimi gəlirə zəmanət verir, çünki əksər qurbanlar məlumatların şifrlərinin açılmasına görə pul ödəməyə hazırdır. Ekspertin fikrincə, gələcəkdə fırıldaqçı operatorlar hücumlara yanaşmanı dəyişəcək və smartfon və kompüterlərlə yanaşı, “ağıllı” saat və internetə qoşulan digər qurğuları bloklayacaqlar.
Nizam Nuriyev
Baxış sayı: 526
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir