12px13px15px17px
Tarix:21/12/16

Əyləncə sistemləri təyyarənin idarə edilməsini ələ keçirir

On üç iri aviaşirkətin göyərtəsində istifadə edilən “Panasonic Avionics” multimedia sistemində boşluq hakerlərə məsafədən təyyarə üzərində nəzarəti ələ keçirməyə imkan verir. Bu barədə “The Telegraph” nəşri “IOActive” şirkətinin mütəxəssisi Ruben Santamartanın apardığı tədqiqata istinadən məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, problemdən istifadə edən mütəxəssis bort informasiya displeyinə müdaxilə edib və hündürlük və yerləşmə yeri ilə bağlı məlumatları dəyişib, kabinənin işıqlandırılmasını idarə edib, xəbərdarlıq sistemini sındırıb, eləcə də bəzi hallarda daimi aviasərnişinlərin avtomatlaşdırılmış ödəmə sistemində olan kredit kartları haqqında məlumatlara çıxış əldə edib. Ekspertin sözlərinə görə, boşluqdan təyyarənin idarə edilməsi üçün istifadə oluna bilər.

“Mən bu sistemlərin ixtisaslı haker hücumlarının qarşısını ala biləcəyini düşünmürəm. Bu, yalnız hücum edənin qətiyyəti və niyyətindən asılı olacaq, texniki baxımdan hücumların həyata keçirilməsi mümkündür”, - R.Santamarta qeyd edib.

Onun sözlərinə görə, müdaxilə nəticəsində dəyən ziyanın miqyası aviaşirkətlərin sistemləri necə qorumalarından asılıdır. Məsələn, bort əyləncə sistemi sərnişin qurğularına və ya təyyarə idarəetmə sisteminə qoşulmamalıdır, lakin bütün aviadaşıyıcılar bu qaydaya əməl etmir.

Tədqiqatçılar “Panasonic” şirkətinə boşluqlar barədə ötən ilin martında məlumat veriblər. Hazırda istehsalçıların problemin aradan qaldırılması üçün müəyyən tədbirlər görməsi naməlumdur.

Nizam Nuriyev 




Baxış sayı: 571

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024