Tarix:22/12/16
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, növbəti ildə kiberhücumlara banklarla yanaşı, digər maliyyə təşkilatları, məsələn, fond birjaları və investisiya fondları məruz qalacaq, eləcə də kriptovalyuta risklə üzləşəcək.
“Son bir neçə ildə də kriptovalyuta sahəsində böyük dəyişikliklər baş verib: əvvəllər bazarda yalnız “Bitcoin” virtual valyutası mövcud idisə, bu gün müxtəlif kriptovalyutaların sayı 50-yə çatıb və onların təxminən 10-u ciddi bazar kapitallaşmasına malikdir. 2017-ci ildə kriptovalyutalar bazarında buraxılışı ilə real bankların məşğul olacağı yeni nümunələr yaranacaq ki, bu da yeni təhdidlərə səbəb ola bilər. Hakerlər maliyyə bazarı ilə yanaşı, neft və qızıl bazarları ilə manipulyasiya etməyə başlayacaqlar”, - şirkətin proqnozunda deyilir.
Məlumata görə, böyük məbləğli kriptovalyutaların oğurlanması hallarına bir neçə dəfə təsadüf edilib. Belə ki, böyük “Bitcoin” birjalarından biri “Mt.Gox” hesabından 850 min “Bitcoin” valyutası oğurlandıqdan sonra 2014-cü ilin aprelində fəaliyyətinin dayandırılması üçün müraciət edib. 2016-cı ilin iyununda isə naməlum şəxs “Decentralized Autonomous Organization” layihəsinin hesabından 43,9 milyon dollar məbləğində “blockchain” texnologiyası əsaslı efir (Ethereum) virtual valyutasını oğurlayıb. Haker bildirib ki, hesabdan vəsaitləri şirkətin fəaliyyət göstərdiyi qaydalardakı boşluqlardan istifadə edərək qanuni şəkildə çıxarıb.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur.
Nizam Nuriyev
Növbəti ilin əsas kibertəhlükələri məlum olub
“Kasperski laboratoriyası” şirkəti 2017-ci ildə hakerlərin daha çox fond birjaları və investisiya fondlarına hücum edəcəyini, virtual valyutanın oğurlanması hallarının artacağını proqnozlaşdırır.“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, növbəti ildə kiberhücumlara banklarla yanaşı, digər maliyyə təşkilatları, məsələn, fond birjaları və investisiya fondları məruz qalacaq, eləcə də kriptovalyuta risklə üzləşəcək.
“Son bir neçə ildə də kriptovalyuta sahəsində böyük dəyişikliklər baş verib: əvvəllər bazarda yalnız “Bitcoin” virtual valyutası mövcud idisə, bu gün müxtəlif kriptovalyutaların sayı 50-yə çatıb və onların təxminən 10-u ciddi bazar kapitallaşmasına malikdir. 2017-ci ildə kriptovalyutalar bazarında buraxılışı ilə real bankların məşğul olacağı yeni nümunələr yaranacaq ki, bu da yeni təhdidlərə səbəb ola bilər. Hakerlər maliyyə bazarı ilə yanaşı, neft və qızıl bazarları ilə manipulyasiya etməyə başlayacaqlar”, - şirkətin proqnozunda deyilir.
Məlumata görə, böyük məbləğli kriptovalyutaların oğurlanması hallarına bir neçə dəfə təsadüf edilib. Belə ki, böyük “Bitcoin” birjalarından biri “Mt.Gox” hesabından 850 min “Bitcoin” valyutası oğurlandıqdan sonra 2014-cü ilin aprelində fəaliyyətinin dayandırılması üçün müraciət edib. 2016-cı ilin iyununda isə naməlum şəxs “Decentralized Autonomous Organization” layihəsinin hesabından 43,9 milyon dollar məbləğində “blockchain” texnologiyası əsaslı efir (Ethereum) virtual valyutasını oğurlayıb. Haker bildirib ki, hesabdan vəsaitləri şirkətin fəaliyyət göstərdiyi qaydalardakı boşluqlardan istifadə edərək qanuni şəkildə çıxarıb.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur.
Nizam Nuriyev
Baxış sayı: 661
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir