12px13px15px17px
Tarix:27/12/16

“Facebook”da boşluq istifadəçilərin elektron ünvanlarını açıqlayır

Amerikanın proqram tərtibatçısı Tommi DeVoss “Facebook” sosial şəbəkəsində istifadəçilərin elektron poçtlarının məxfi ünvanlarını ələ keçirməyə imkan verən boşluq aşkarlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, problem istənilən istifadəçiyə sosial şəbəkədə maraqlara görə qruplar yaratmağa imkan verən “Facebook Groups” funksiyası ilə əlaqədardır. T.DeVoss birliklərdən birinin inzibatçısı kimi istifadəçilərə qrupda inzibatçılıq hüququ göstərib, məsələn, məlumatları redaktə edib və ya yeni istifadəçilər əlavə edib. Bütün müvafiq dəvətlər “Facebook” tərəfindən emal edilərək “Facebook Messages” şəxsi məlumatlar poçtuna, eləcə də dəvət edilənin hesabına qoşulan elektron ünvana göndərilir. Məlum olub ki, istifadəçilərin məxfilik funksiyalarını quraşdırmasına baxmayaraq istənilən sosial şəbəkə istifadəçisinin poçt ünvanını ələ keçirmək mümkündür.
 
Proqram tərtibatçısı sosial şəbəkənin mobil versiyasında “Səhifələrin rolu” bölməsində dəvət ləğv edildikdə sorğunun göndərildiyi istifadəçinin tam elektron poçt ünvanının olduğu “URL” resurslu səhifəyə yönləndirmənin baş verməsini müəyyənləşdirib.

Tədqiqatçının sözlərinə görə, cinayətkarlar məqsədli “fishing” hücumlarının və ya digər zərərli fəaliyyətin həyata keçirilməsi üçün boşluqdan yararlana bilərlər. T.DeVoss sosial şəbəkəni problem barədə məlumatlandırıb və hazırda boşluq aradan qaldırılıb. Bunun üçün şirkət eksperti 5 min dollar məbləğində mükafatlandırıb.

Nizam Nuriyev 




Baxış sayı: 264

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2018

19 04 2018

19/04/18
BMT-nin “Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupu”na Azərbaycan sədrlik edəcək

Cari ilin 18-20 aprel tarixində Cenevrə şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) 

19/04/18
Sinqapur mühəndisləri robotlara stul yığmağı öyrədiblər

Sinqapur Nanyan Texnologiya Universitetindən olan mühəndislər qrupu iki sənaye robotuna “IKEA

19/04/18
“TESS” teleskopu kosmosa buraxılıb

ABŞ Kosmik Agentliyi (NASA) Kanaveral kosmodromundan “SpaceX Falcon 9” raketdaşıyıcısı 

19/04/18
Elektron məktubların yazılma üslubunun analizi üçün ilk süni intellekt həlli təqdim edilib

Elektron məktubların yazılma üslubunun analizi üçün ilk süni intellekt həlli təqdim edilib

19/04/18
“Microsoft”un neyron şəbəkəsinə əsaslanan tərcümə proqramı internetsiz işləyəcək

“Microsoft” korporasiyasının “Microsoft Translator” proqramı neyron şəbəkəsi alqoritmlərinə əsaslanan 

19/04/18
Geyimə bərkidilə bilən çox nazik günəş batareyaları yaradılıb

“Riken-Toray Industries Inc”də çalışan yaponiyalı alimlər qalınlığı 3 mikrometr olan adi günəş panelləri 

19/04/18
“FlyJacket” sistemi dronu ekzoskelet vasitəsilə idarə edir

İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin mütəxəssisləri pilotsuz uçan aparatın ekzoskelet 

19/04/18
“Internet” adlı mobil brauzer təqdim edilib

“Amazon” şirkəti “Internet” adlı mobil brauzerini təqdim edib. Proqramçılar əmin edirlər ki, “Internet

19/04/18
Prezident İlham Əliyev Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Beynəlxalq Atom Enerjisi Agentliyinin baş 

19/04/18
Yeni tip kompüter yaddaşı hazırlanıb

Çinin Şanxay Fudan Universitetinin alimləri özündə operativ və quraşdırılmış yaddaş xüsusiyyətlərini