Tarix:30/12/16
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "Neustar" şirkətinin qiymətləndirməsinə görə, 2016-cı ilin yanvar-noyabrında "DDoS" hücumlarının sayı ötən illə müqayisədə 40% yüksəlib. Veb kamera və marşrutlayıcılar kimi istehlak yönümlü "əşyalar interneti" qurğularına edilən kiberhücumlar sürətlənib, nəticədə hakerlər "DNS" serverləri sıradan çıxarıblar və 1200-dən çox veb saytı bloklayıblar.
"2016-cı ildə DDoS hücumlarının təşkili daha mürəkkəb forma alıb, çünki bu hücumlar üçün vahid hədəf olmayıb. Bəzi hallarda xidmətlərin işinə mane olmağa, digər hallarda məlumatları oğurlamağa cəhd ediblər – "Neustar" şirkətinin baş vitse-prezidenti Rodni Coff deyib. Şirkətlər yeni təhdidlərə baxmayaraq, adi hücumlara qarşı diqqətli olmalıdırlar".
21 oktyabr 2016-cı il tarixində "Dyn" serverlərinə qarşı güclü "DDoS" hücumu qeydə alınıb və nəticədə "Twitter", "Reddit", "Netflix", "HBO" və "CNN" daxil olmaqla yüzlərlə populyar internet resursları əlçatmaz olub. Kiberhücumun gücü 1 Tb/san təşkil edib.
Hücum nəticəsində dəymiş zərərin həcmi 110 milyon dollar məbləğində qiymətləndirilib. "RedCult" və "New World Hackers" haker qruplaşmaları bu hücuma görə məsuliyyəti öz üzərinə götürüblər. Bu "DDoS" hücumunun özəlliyi "əşyalar interneti" cihazlarından yaradılmış botnetlərdən istifadə olub.
Emil Hüseynov
Dünyada “DDoS” hücumlarının tezliyi 40% yüksəlib
2016-cı ildə "əşyalar interneti" cihazlarının köməyi ilə qurulan botnetlərin hesabına "DDoS" hücumlarının tezliyi qismən artıb. Bu haqda informasiya təhlükəsizliyi məsələləri üzrə ixtisaslaşmış "Neustar" şirkətinin məlumatlarına istinadən "CRN" nəşri yazır."ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, "Neustar" şirkətinin qiymətləndirməsinə görə, 2016-cı ilin yanvar-noyabrında "DDoS" hücumlarının sayı ötən illə müqayisədə 40% yüksəlib. Veb kamera və marşrutlayıcılar kimi istehlak yönümlü "əşyalar interneti" qurğularına edilən kiberhücumlar sürətlənib, nəticədə hakerlər "DNS" serverləri sıradan çıxarıblar və 1200-dən çox veb saytı bloklayıblar.
"2016-cı ildə DDoS hücumlarının təşkili daha mürəkkəb forma alıb, çünki bu hücumlar üçün vahid hədəf olmayıb. Bəzi hallarda xidmətlərin işinə mane olmağa, digər hallarda məlumatları oğurlamağa cəhd ediblər – "Neustar" şirkətinin baş vitse-prezidenti Rodni Coff deyib. Şirkətlər yeni təhdidlərə baxmayaraq, adi hücumlara qarşı diqqətli olmalıdırlar".
21 oktyabr 2016-cı il tarixində "Dyn" serverlərinə qarşı güclü "DDoS" hücumu qeydə alınıb və nəticədə "Twitter", "Reddit", "Netflix", "HBO" və "CNN" daxil olmaqla yüzlərlə populyar internet resursları əlçatmaz olub. Kiberhücumun gücü 1 Tb/san təşkil edib.
Hücum nəticəsində dəymiş zərərin həcmi 110 milyon dollar məbləğində qiymətləndirilib. "RedCult" və "New World Hackers" haker qruplaşmaları bu hücuma görə məsuliyyəti öz üzərinə götürüblər. Bu "DDoS" hücumunun özəlliyi "əşyalar interneti" cihazlarından yaradılmış botnetlərdən istifadə olub.
Emil Hüseynov
Baxış sayı: 549
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir