Tarix:18/01/17
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” resursuna istinadən yazır ki, “Rakos” adlanan proqram açıq “SSH” portlu və zəif parollu qurğu və serverləri axtarır, avadanlığı yoluxdurduqdan sonra onlardan virusun yayılması üçün istifadə edir. Hücum kiçik “IP” ünvanları siyahısından başlayır, daha sonra hədəflərin sayı artır.
Yoluxdurulmuş qurğuda “Rakos” proqramın yeni versiyalarına köhnə versiya proseslərini bağlamağa və "URL” sorğularını yaratmağa imkan verən lokal “НТТР” serverini quraşdırır. Həmçinin təsadüfi “ТСР” çıxışlarında daxil olan bağlantıları “dinləyən” internet serveri işə salınır.
Daha sonra virus yoluxdurulmuş qurğu barədə informasiyanın (o cümlədən login və parol) odluğu “НТТР” sorğusunu cinayətkarların komanda serverinə göndərir.
“Eset” mütəxəssisləri qeyd edir ki, hazırda “Rakos” mühafizə olunmayan qurğulardan ibarət “botnet” yaradır və pisniyyətli fəaliyyət üçün istifadə edilmir. Lakin ekspertlər gələcəkdə “DDoS” hücumlarının həyata keçirilməsini və “spam”ın göndərilməsini mümkün sayırlar. Bundan başqa, proqramın uğursuz eksperimentin nəticəsi olması ehtimal edilir.
Nizam Nuriyev
“Əşyalar interneti” qurğularını yoluxduran virus aşkarlanıb
“Eset” antivirus şirkəti “Əşyalar interneti” (Internet of Things, IoT) qurğularına hücum edən zərərli proqram aşkarlamasını açıqlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” resursuna istinadən yazır ki, “Rakos” adlanan proqram açıq “SSH” portlu və zəif parollu qurğu və serverləri axtarır, avadanlığı yoluxdurduqdan sonra onlardan virusun yayılması üçün istifadə edir. Hücum kiçik “IP” ünvanları siyahısından başlayır, daha sonra hədəflərin sayı artır.
Yoluxdurulmuş qurğuda “Rakos” proqramın yeni versiyalarına köhnə versiya proseslərini bağlamağa və "URL” sorğularını yaratmağa imkan verən lokal “НТТР” serverini quraşdırır. Həmçinin təsadüfi “ТСР” çıxışlarında daxil olan bağlantıları “dinləyən” internet serveri işə salınır.
Daha sonra virus yoluxdurulmuş qurğu barədə informasiyanın (o cümlədən login və parol) odluğu “НТТР” sorğusunu cinayətkarların komanda serverinə göndərir.
“Eset” mütəxəssisləri qeyd edir ki, hazırda “Rakos” mühafizə olunmayan qurğulardan ibarət “botnet” yaradır və pisniyyətli fəaliyyət üçün istifadə edilmir. Lakin ekspertlər gələcəkdə “DDoS” hücumlarının həyata keçirilməsini və “spam”ın göndərilməsini mümkün sayırlar. Bundan başqa, proqramın uğursuz eksperimentin nəticəsi olması ehtimal edilir.
Nizam Nuriyev
Baxış sayı: 505
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir