12px13px15px17px
Tarix:19/01/17

“Facebook”da boşluq gizli telefon nömrələrini öyrənməyə imkan verir

Belçikalı tədqiqatçı İnti De Kekelayre “Facebook” sosial şəbəkəsi istifadəçilərinin gizli mobil telefon nömrələrini ələ keçirməyə imkan verən yeni üsul aşkarlamasını bildirib.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, ekspertin sözlərinə görə, o, sosial şəbəkə istifadəçisinin profili ilə əlaqədar nömrələri analiz etməklə tanınmış şəxslərin, o cümlədən siyasi xadimlərin telefon nömrələrini asanlıqla müəyyənləşdirə bilir. Qeyd edilməlidir ki, bu nömrələr digər istifadəçilərin görə bilmədiyi məxfi informasiyaya aiddir. Aşkar edilən metod vasitəsilə De Kekelayre Belçika daxili işlər naziri Jan Jambonun nömrəsini əldə etməyə nail olub.

Məlumata görə, ekspert problem barədə “Facebook” şirkətini iki dəfə məlumatlandırsa da, şirkət nümayəndələrinin fikrincə, bu, boşluq yox, funksiyadır. Bunun üçün istifadəçinin mobil telefon nömrəsi və ya elektron poçt ünvanına görə axtarışa nəzarəti necə həyata keçirməyi izah edən sənədlər əsas kimi göstərilib. Bununla belə, tədqiqatçı qeyd edib ki, yaranmış vəziyyət məxfilik üçün ciddi təhlükə törədir, çünki söhbət geniş kütlənin baxması üçün qadağan olunmuş nömrələrdən gedir.

Yeni olmayan problem barədə ilk dəfə 2012-ci ildə məlum olub. O vaxtdan “Facebook” məxfilik funksiyalarını modifikasiya edib, lakin görünən odur ki, boşluq tam aradan qaldırılmayıb. Belçikalı tədqiqatçı aşkarladığı üsulun necə işləməsi barədə ətraflı məlumat verməsə də, sosial şəbəkənin vəziyyəti yoluna qoymayacağı təqdirdə informasiyanı açıqlayacağını vəd edib.

Nizam Nuriyev




Baxış sayı: 627

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024