Tarix:24/01/17
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, ekspertin sözlərinə görə, “Apple” korporasiyasının əməkdaşları “OLED” ekranı vasitəsilə barmaq izlərinin tanınması üçün optik sensor texnologiyası üzərində işləyir. Bu, ekranı biometrik məlumatları oxuya bilən smartfon yaratmağa imkan verəcək. Bundan başqa, elastik “OLED” ekranlarının qalınlığı “TFT-LCD” analoqlarından daha nazikdir ki, bu da skanerin işində daha yüksək dəqiqliyə nail olmağa imkan verəcək.
Min-Çi Kuo hesab edir ki, şirkət gələcəkdə sifətin tanınması sistemi ilə birgə barmaq izlərinin skanerindən istifadəyə əsaslanan ikimərhələli qoruma sistemi tətbiq edəcək. O, həmçinin əlavə edib ki, gələcəkdə “Apple” şirkətinin smartfonlarında daktiloskopik sensor ləğv edilərək başqa biometrik eyniləşdirmə texnologiyaları tətbiq ediləcək.
Emil Hüseynov
“iPhone 8” smartfonunda yeni qoruma sistemi istifadəyə veriləcək
“KGI Securities” şirkətinin analitiki Min-Çi Kuo “Apple” korporasiyasının istifadəçinin biometrik eyniləşdirməsi üzrə yeni sistem üzərində işlədiyi haqda məlumat paylaşıb. Yeni texnologiya “Touch ID” funksiyasını əvəz edəcək.“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, ekspertin sözlərinə görə, “Apple” korporasiyasının əməkdaşları “OLED” ekranı vasitəsilə barmaq izlərinin tanınması üçün optik sensor texnologiyası üzərində işləyir. Bu, ekranı biometrik məlumatları oxuya bilən smartfon yaratmağa imkan verəcək. Bundan başqa, elastik “OLED” ekranlarının qalınlığı “TFT-LCD” analoqlarından daha nazikdir ki, bu da skanerin işində daha yüksək dəqiqliyə nail olmağa imkan verəcək.
Min-Çi Kuo hesab edir ki, şirkət gələcəkdə sifətin tanınması sistemi ilə birgə barmaq izlərinin skanerindən istifadəyə əsaslanan ikimərhələli qoruma sistemi tətbiq edəcək. O, həmçinin əlavə edib ki, gələcəkdə “Apple” şirkətinin smartfonlarında daktiloskopik sensor ləğv edilərək başqa biometrik eyniləşdirmə texnologiyaları tətbiq ediləcək.
Emil Hüseynov
Baxış sayı: 524
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir