12px13px15px17px
Tarix:26/01/17

“Windows” sistemində internet brauzerlərinə aid boşluqların sayı məlum olub

“Windows” əməliyyat sistemində aşkarlanan boşluqların 40 faizindən çoxu internet brauzerlərinə məxsusdur. Bu barədə “Eset” antivirus şirkətinin hesabatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, 2016-cı ildə “Microsoft” korporasiyası proqram məhsullarında 518 boşluğu aradan qaldırıb ki, onların da 220-si internet brauzerlərinə aid olub. Boşluqların təxminən üçdə bir hissəsindən yoluxdurulmuş sistemdə zərərli kodun məsafəli tətbiqi üçün istifadə mümkündür.

Məlumata görə, 2016-cı ilin yekunları üzrə “Internet Explorer” brauzerində 109 boşluq aşkarlanıb ki, bu da bir il əvvəlin göstəricisindən iki dəfə azdır. “Windows 10” sistemində avtomatik istifadə olunan yeni “Microsoft Edge” brauzerində 111 boşluq qeydə alınıb. Tədqiqatçılar qeyd edir ki, buna baxmayaraq brauzerdəki boşluqların heç birindən kiberhücumlarda sonuncu yenilənmələr buraxılanadək istifadə olunmayıb.

“Eset” hesabatında, həmçinin vurğulanır ki, 2016-cı ildə “Windows” istifadəçi rejiminin müxtəlif komponentlərində boşluqların sayı təxminən dörd dəfə - 2015-ci ildəki 30-dan 116-dək artıb.

2017-ci ilin əvvəlində “Microsoft” bir neçə məhsulda boşluqları aradan qaldıran dörd təhlükəsizlik bülleteni təqdim edib.

Nizam Nuriyev 




Baxış sayı: 501

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024