12px13px15px17px
Tarix:27/01/17

“Gmail” elektron poçt xidməti “JavaScript” fayllarını bloklayacaq

“Google” şirkətinin rəsmisi elan edib ki, tezliklə “Gmail” elektron poçt xidməti məktublara bərkidilmiş “JavaScript” fayllarını bloklamağa başlayacaq. Beləliklə, ".js" fayl genişlənməsi qadağan edilmiş genişlənmələr siyahısına (".exe", ".msc" və ".bat") əlavə ediləcək. Yenilik aktivləşən kimi istifadəçilər öz məktublarına “JavaScript” fayllarını bərkidə bilməyəcəklər. Buna cəhd etdikdə ekranda həmin faylın bloklanması haqda xəbərdarlıq görsənəcək.

"Digər qadağan edilmiş fayl tipləri kimi “.js” fayl genişlənməsini də məktublara bərkitmək olmayacaq: bu halda xidmətdə xəbərdarlıq göstəriləcək" – “Google” şirkətinin saytında yazılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, bu qərar istifadəçilərin təhlükəsizliyi üçün nəzərdə tutulub. Bununla belə “JavaScript” faylı və ya istənilən başqa qadağan edilmiş sənədi göndərmək lazım olduğu halda “Google Drive” xidmətindən istifadə etmək tövsiyə olunur.

“Gmail” elektron poçt xidmətində “JavaScript” fayllarının bloklanması 13 fevral tarixindən aktiv olacaq.

Emil Hüseynov




Baxış sayı: 549

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024