12px13px15px17px
Tarix:28/01/17

“Firefox” və “Chrome” brauzerlərinin yeni versiyası istifadəçiləri təhlükəli qoşulma haqda xəbərdar edəcək

“Google” və “Mozilla” şirkətləri istifadəçi məlumatlarının mühafizəsi üçün yeni addımlar atırlar. İndi “Chrome 56” və “Firefox 51” brauzerləri məxfi informasiyanı qorunmamış “HTTP” qoşulma vasitəsilə göndərdikdə istifadəçiləri bu barədə xəbərdar edəcək. Təhlükəsizlik haqda xəbərdarlıq artıq adı çəkilən brauzerlərin beta-versiyalarında əlçatandır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Firefox” brauzerində xəbərdarlıq üzərində qırmızı xətt çəkilmiş qıfıl kimi görsənəcək. İstifadəçi bu xəbərdarlığın üzərinə sıxdıqda açılan pəncərədə bu saytdakı loqin və şifrləri ələ keçirmək imkanını öyrənəcək. Bundan əvvəl “Firefox” brauzeri “HTTPS” protokolundan istifadə edən saytlarda, sadəcə, yaşıl qıfıl göstərirdi.
 
Yaxın bir neçə gündə çıxarılacaq “Chrome 56” brauzerində xəbərdarlıq yalnız loqin və parolları deyil, həm də kredit kartlarının ələ keçirilməsi məlumatlarını əhatə edəcək. “Firefox” brauzeri kimi “Chrome” da əvvəllər “HTTP” protokolundan istifadə edən saytlar haqda heç bir məlumat göstərmirdi.
 
Emil Hüseynov




Baxış sayı: 547

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024