12px13px15px17px
Tarix:01/02/17

“Google” ötən il İT ekspertlərinə aşkarlanan boşluqlara görə 3 milyon dollar ödəyib

Yanvarın 3-də “Google” şirkəti 2016-cı il üçün tədqiqatçılara məhsullardakı boşluqlarla bağlı məlumatlara görə mükafatların ödənişi proqramı haqqında hesabat dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, ötən il proqramda dünyanın 59 ölkəsinin təhlükəsizlik sahəsi üzrə 350 eksperti iştirak edib. “Google” onlara əlavə və servislərdə aşkarlanan mindən çox boşluğa görə ümumilikdə 3 milyon dollar ödəyib. Bir boşluq üçün maksimal məbləğ 100 min dollar təşkil edir.

Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə mükafatlandırmanın ümumi məbləği 2 milyon dollar olub ki, bu da 2014-cü ildən xeyli azdır. Artım 2016-cı ildə şirkətin minimal mükafatlandırma məbləğini çoxaltması (bəzi hallarda bir dəfə yarım) ilə izah olunur.

“Google” məhsullardakı boşluqlarla bağlı məlumatlara görə mükafatların ödənişi proqramını 2010-cu ildə istifadəyə verib. O vaxtdan şirkət tədqiqatçılara ümumilikdə 9 milyon dollardan çox pul ödəyib.

Nizam Nuriyev 




Baxış sayı: 632

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024