Tarix:10/02/17
"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, boşluq istifadəçilərdən icazəsiz onları kanala abunə olmaqdan çıxarmağa imkan verir. Bloger boşluğu "YouTube" tarixində ən böyük səhv adlandırıb.
Sübut, eləcə də səhvin göstərilməsi üçün bloger kiçik videoçarx çəkib. Videoda kanaldan asanlıqla 300-dən çox istifadəçinin silinməsi göstərilib. Abunədən çıxarılma potensial istifadəçilərin xəbəri olmadan həyata keçirilib. Çəkilən materiala populyar internet servisinin rəhbərliyi dərhal reaksiya verərək bir gün ərzində boşluğu tam aradan qaldırıb. Bununla yanaşı, eksperiment üçün "BlackScreenTV" kanalının abunəlikdən çıxardığı istifadəçilərin abunəsi bərpa olunub.
Məlumata görə, internetdə boşluğu aşkarlayan blogerin kiçik pul mükafatı alması ilə bağlı şayiələr dolaşmağa başlayıb. "YouTube" rəhbərliyi belə ödənişlərin gələcəkdə də mümkün müxtəlif səhvlərin axtarışı, həmçinin aradan qaldırılması üçün ediləcəyini vəd edib.
Nizam Nuriyev
“YouTube” tarixində ən böyük boşluq aşkarlanıb
Rusiyalı videobloger və "BlackScreenTV" kanalının sahibi populyar "YouTube" videoşəbəkəsinin işində səhv aşkarlayıb."ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, boşluq istifadəçilərdən icazəsiz onları kanala abunə olmaqdan çıxarmağa imkan verir. Bloger boşluğu "YouTube" tarixində ən böyük səhv adlandırıb.
Sübut, eləcə də səhvin göstərilməsi üçün bloger kiçik videoçarx çəkib. Videoda kanaldan asanlıqla 300-dən çox istifadəçinin silinməsi göstərilib. Abunədən çıxarılma potensial istifadəçilərin xəbəri olmadan həyata keçirilib. Çəkilən materiala populyar internet servisinin rəhbərliyi dərhal reaksiya verərək bir gün ərzində boşluğu tam aradan qaldırıb. Bununla yanaşı, eksperiment üçün "BlackScreenTV" kanalının abunəlikdən çıxardığı istifadəçilərin abunəsi bərpa olunub.
Məlumata görə, internetdə boşluğu aşkarlayan blogerin kiçik pul mükafatı alması ilə bağlı şayiələr dolaşmağa başlayıb. "YouTube" rəhbərliyi belə ödənişlərin gələcəkdə də mümkün müxtəlif səhvlərin axtarışı, həmçinin aradan qaldırılması üçün ediləcəyini vəd edib.
Nizam Nuriyev
Baxış sayı: 494
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir