Tarix:16/02/17
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, ötən ilin dekabrında məlum olub ki, 2013-cü ilin avqustunda hakerlər 1 milyarddan çox “Yahoo!” servisi istifadəçilərinin şəxsi hesablarını oğurlayıblar. Bundan əvvəl isə şirkət 2014-cü ildə baş verən digər insident barədə məlumat verib. Kiberhücum nəticəsində 500 milyon hesab oğurlanıb.
Məlumata görə, saxta “cookie” faylları vasitəsilə cinayətkarlar parollardan yan keçərək başqalarının şəxsi hesablarını ələ keçirə bilərlər.
“Araşdırmadan məlum olub ki, 2015-2016-cı illərdə akkauntları ələ keçirmək üçün saxta “cookie” fayllarından istifadə olunub. Biz saxta fayllardan istifadə ilə bağlı bir sıra halları hökumətlərə işləyən hakerlərin etməsini müəyyənləşdirə bildik. Onların məlumatların oğurlanmasına görə məsuliyyət daşıması haqqında informasiya 2016-cı il sentyabrın 22-də verilib”, - məktubda deyilir.
“Yahoo!” söhbətin hansı hakerlər haqqında getməsi barədə dəqiq məlumat vermir. Şirkət məktubu ümumi kiberhücumun qurbanı olan istifadəçilərə göndərir, hökumət hakerlərinin məqsədli hücumuna məruz qala bilənlər isə ayrıca bildirişlər alır.
Nizam Nuriyev
“Yahoo!” istifadəçilərinə mümkün müdaxilələr barədə xəbərdarlıq edilib
“Yahoo!” şirkəti istifadəçilərə ötən il aşkarlanan böyük məlumat sızması haqqında bildirişlər göndərməyə başlayıb. Təhlükəsizlik şöbəsinin rəhbəri Bob Lordun elektron məktubuna görə, cinayətkarların uzun illər saxta “cookie” fayllarından istifadə edərək istifadəçilərin şəxsi hesablarına müdaxilə etmələri ehtimal olunur. Bildirişlər “Yahoo!”-nu satın almaq istəyən “Verizon Communications” şirkətinin insidentə görə qiyməti 250 milyon dollar azaltmağı tələb edəcəyi ilə bağlı yayılan şayiələr fonunda göndərilməyə başlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, ötən ilin dekabrında məlum olub ki, 2013-cü ilin avqustunda hakerlər 1 milyarddan çox “Yahoo!” servisi istifadəçilərinin şəxsi hesablarını oğurlayıblar. Bundan əvvəl isə şirkət 2014-cü ildə baş verən digər insident barədə məlumat verib. Kiberhücum nəticəsində 500 milyon hesab oğurlanıb.
Məlumata görə, saxta “cookie” faylları vasitəsilə cinayətkarlar parollardan yan keçərək başqalarının şəxsi hesablarını ələ keçirə bilərlər.
“Araşdırmadan məlum olub ki, 2015-2016-cı illərdə akkauntları ələ keçirmək üçün saxta “cookie” fayllarından istifadə olunub. Biz saxta fayllardan istifadə ilə bağlı bir sıra halları hökumətlərə işləyən hakerlərin etməsini müəyyənləşdirə bildik. Onların məlumatların oğurlanmasına görə məsuliyyət daşıması haqqında informasiya 2016-cı il sentyabrın 22-də verilib”, - məktubda deyilir.
“Yahoo!” söhbətin hansı hakerlər haqqında getməsi barədə dəqiq məlumat vermir. Şirkət məktubu ümumi kiberhücumun qurbanı olan istifadəçilərə göndərir, hökumət hakerlərinin məqsədli hücumuna məruz qala bilənlər isə ayrıca bildirişlər alır.
Nizam Nuriyev
Baxış sayı: 618
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir