12px13px15px17px
Tarix:16/02/17

“Flash Player” adı altında yayılan mobil virus aşkar edilib

“Eset” beynəlxalq antivirus şirkəti “Adobe Flash Player” yenilənməsi adı altında mobil qurğularda yayılan troyan barədə xəbərdarlıq edib. Virus bank hesablarındakı pulun oğurlanması üçün istifadə olunur.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, zərərverici proqram təminatı müdaxiləyə məruz qalmış sayt və sosial şəbəkələr vasitəsilə yayılır, smartfon və planşetə qurulduqdan sonra “Saving Battery” xidməti adı altında işləməyə başlayır və sistemdə geniş imtiyazlar istəyir. Lazımi imtiyazları ələ keçirmiş troyan uzaq serverlə əlaqə yaradır və əsasən mobil bankçılıq sistemlərində vəsaitlərin ələ keçirilməsi üçün istifadə edilən başqa virusları sistemə yükləyir.

Mobil qurğuya müdaxilə etmiş yükləyici virusu antivirusun köməyi ilə silmək mümkündür. Ancaq ekspertlər xəbərdarlıq edirlər ki, virusun silinməsi onun quraşdırdığı zərərverici proqramlara təsir etməyəcək.

Emil Hüseynov




Baxış sayı: 644

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024