Tarix:17/02/17
"ICTnews" Elektron Xəbər Xidməti "securitylab.ru" saytına istinadən yazır ki, sorğunun nəticəsinə görə, geniş yayılmış kiberhücumlara qarşı şirkətlərin yalnız 3%-i lazımi texnologiya, 10%-i isə lazımi bacarıqlara malikdirlər. İT mütəxəssislərinin fikrincə, cari ildə fırıldaqçı proqram təminatı böyük maddi ziyan vura bilər. Bu təhlükə ilə mübarizə məqsədilə şirkətlərin yalnız 44%-i lazımi vasitə, 43% isə lazımi bacarıqlara malikdirlər.
Rəyi soruşulanların 68%-nin sözlərinə görə, onlar fişinq hücumlarının qarşısını effektiv ala bilərlər, 60%-i isə "DDoS" hücumlarını dəf etmək qabiliyyətinə malikdir. Sorğu iştirakçılarının 48%-i insayder təhlükələrinin öhdəsindən gəlmək, 44%-i isə troyan şifrləyicilərlə mübarizə aparmaq gücündədir.
Yuxarıda göstərilən təhlükələrlə mübarizə aparmaq üçün şirkətlərin sahib olduğu texnologiyalar haqda İT mütəxəssislərinin cavabları fərqlidir. Təşkilatlar "DDoS" (63%) və fişinq (56%) hücumlarına qarşı daha dayanıqlıdır. 43%-i fırıldaqçı proqram təminatı, 41% isə insayder təhlükələri ilə mübarizə üçün lazımi vasitələrə malikdirlər.
Respondentlərin 64%-nin fikrincə, 2017-ci ildə maliyyə xidmətləri hakerlərin əsas hədəfi olacaq. ABŞ şirkətlərinin İT mütəxəssisləri səhiyyə təşkilatlarına hücum təhlükəsindən, avropalı mütəxəssislər isə telekommunikasiya şirkətlərinə hücumlardan narahatdırlar.
Emil Hüseynov
Şirkətlərin yalnız 3%-i kiberhücumlarla mübarizə üçün lazımi vəsaitə malikdir
"Tripwire" və "Dimensional Research" şirkətlərinin tədqiqatçıları 2017-ci ilin əsas təhlükəsizlik təhdidlərini müəyyənləşdirmək məqsədilə ABŞ, Böyük Britaniya, Kanada və Avropa ölkələrində böyük şirkətlərdə işləyən 403 İT mütəxəssisi arasında sorğu keçirib."ICTnews" Elektron Xəbər Xidməti "securitylab.ru" saytına istinadən yazır ki, sorğunun nəticəsinə görə, geniş yayılmış kiberhücumlara qarşı şirkətlərin yalnız 3%-i lazımi texnologiya, 10%-i isə lazımi bacarıqlara malikdirlər. İT mütəxəssislərinin fikrincə, cari ildə fırıldaqçı proqram təminatı böyük maddi ziyan vura bilər. Bu təhlükə ilə mübarizə məqsədilə şirkətlərin yalnız 44%-i lazımi vasitə, 43% isə lazımi bacarıqlara malikdirlər.
Rəyi soruşulanların 68%-nin sözlərinə görə, onlar fişinq hücumlarının qarşısını effektiv ala bilərlər, 60%-i isə "DDoS" hücumlarını dəf etmək qabiliyyətinə malikdir. Sorğu iştirakçılarının 48%-i insayder təhlükələrinin öhdəsindən gəlmək, 44%-i isə troyan şifrləyicilərlə mübarizə aparmaq gücündədir.
Yuxarıda göstərilən təhlükələrlə mübarizə aparmaq üçün şirkətlərin sahib olduğu texnologiyalar haqda İT mütəxəssislərinin cavabları fərqlidir. Təşkilatlar "DDoS" (63%) və fişinq (56%) hücumlarına qarşı daha dayanıqlıdır. 43%-i fırıldaqçı proqram təminatı, 41% isə insayder təhlükələri ilə mübarizə üçün lazımi vasitələrə malikdirlər.
Respondentlərin 64%-nin fikrincə, 2017-ci ildə maliyyə xidmətləri hakerlərin əsas hədəfi olacaq. ABŞ şirkətlərinin İT mütəxəssisləri səhiyyə təşkilatlarına hücum təhlükəsindən, avropalı mütəxəssislər isə telekommunikasiya şirkətlərinə hücumlardan narahatdırlar.
Emil Hüseynov
Baxış sayı: 670
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir