12px13px15px17px
Tarix:23/02/17

2016-cı ildə “Android” sistemi üzrə pul tələb edən virusların yüksək aktivliyi qeydə alınıb

“Google” şirkəti “Android” mobil əməliyyat sistemində ən ciddi boşluqların belə istifadəçilərə ziyan vurmadığını bildirsə də, 2016-cı ildə pul tələb edən virusların aktivliyi üzrə yüksək artım qeydə alınıb. Hakerlər zərərverici proqramlar və saytlar vasitəsilə qurğunun ekranını bloklayır və ya fərdi məlumatları şifrləyirlər. Bundan sonra ekranı blokdan çıxarmaq üçün müəyyən məbləğ tələb olunur. Bundan başqa, hakerlər məhz “Android” istifadəçilərinə hədəflənmiş şəxsi müdaxilə metodlarından aktiv istifadə etməyə başlayıblar. “ESET LiveGrid”in məlumatına görə, 2016-cı ildə “Android” sistemi üçün pul tələb edən virusların sayı 2015-ci illə müqayisədə 50% artıb. Bu halda ötən ilin birinci yarısında daha yüksək aktivlik müşahidə olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, ötən il ekranın bloklanması ən populyar  müdaxilə üsulu olub. Virusa yoluxmuş proqram və ya saytın yüklənməsi zamanı mobil qurğunun ekranı bloka düşür və qurğunun blokdan çıxarılması üçün müəyyən məbləğ ödəməyi tələb edən xəbərdarlıq göstərilir. “ESET” şirkətinin mütəxəssisləri bildiriblər ki, kibercinayətkarlar virusları proqramların daxilində daha yaxşı gizlətmək bacarığına yiyələniblər, buna görə onları aşkar etmək daha çətinləşib. Pul tələb edən mobil virusların ən yüksək aktivliyi Şərqi Avropa, ABŞ və Asiya bazarlarında qeydə alınıb.

Emil Hüseynov




Baxış sayı: 359

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024