12px13px15px17px
Tarix:28/02/17

“Apple” smartfonlarına müdaxilə üçün alət yaradılıb

İsrailin ABŞ Federal Təhqiqatlar Bürosu üçün San-Bernardinodan olan terrorçunun “iPhone 5C” smartfonunu sındıran “Cellebrite” şirkəti yenidən özünü xatırladıb. Kriminal tədqiqatlar üzrə direktor Şahar Tal bildirib ki, şirkətin hazırladığı “Advanced Investigative Service” (CAIS) aləti indi hüquq-mühafizə orqanları tərəfindən bağlı “iPhone 6” və “iPhone 6 Plus” modellərindən qanuni yolla sübutların götürülməsi üçün istifadə oluna bilər. Əvvəllər “CAIS” aləti vasitəsilə “iPhone 4S/5/5C/5S” modellərinə müdaxilə mümkün olub.  

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “Apple” İsrail şirkətinin məhsullarından istifadə etməklə smartfonları blokdan çıxarılan yeganə istehsalçı deyil. “Cellebrite” ekspertləri, həmçinin “Samsung Galaxy S6”, “Galaxy Note 5” və “Galaxy S7” smartfonlarının mühafizəsini sındıra bilirlər. “The Intercept” jurnalisti Kim Zetterin məlumatına görə, bir qurğu üçün sındırmanın qiyməti 1,5 min dollar, abunə haqqı 250 min dollar təşkil edir.

Ötən ay şirkətə edilən haker hücumu nəticəsində 900 giqabayt tutumunda məlumat oğurlanıb. Kompüter yaddaşında şirkətin məhsulları ilə əlaqədar müştərilər haqqında texniki informasiya, məlumatlar bazası, eləcə də müxtəlif ölkələrin hökumət təşkilatlarından daxil olan bildirişlər yer alıb. Naməlum haker internetdə “Android” və “BlackBerry” sistemlərinin idarəetməsi ilə işləyən qurğulara, eləcə də köhnə “iPhone” modellərinə müdaxiləyə aid oğurlanan faylları dərc edib. İnformasiya təhlükəsizliyi üzrə ekspert Conatan Zdziarskinin sözlərinə görə, bir sıra fayllar əvvəllər “iOS” üçün buraxılan pulsuz “Jailbreak” əməliyyatının oxşarıdır.

Nizam Nuriyev 




Baxış sayı: 377

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024