12px13px15px17px
Tarix:03/10/11

“Microsoft” şirkəti “Google Chrome” səyyahını virus kimi tanıyıb

“Microsoft” şirkətinin pulsuz “Security Essentials” antivirusu “Google Chrome” veb-səyyahını şifrələrin oğurluğu üçün nəzərdə tutulmuş “PWS:Win32/Zbot” troyan proqramı kimi tanıyıb.

Bu barədə, “Google” internet forumunda məlumat verilib. İlk şikayətlər cümə günü, sentyabr ayının 30-da çıxıb. İstifadəçilərin sözlərinə əsasən, “Security Essentials” antivirusu “Chrome” səyyahını yüksək dərəcəli təhlükə kimi qəbul edib və onu sərt diskdən silib.

“Microsoft” şirkəti elə həmin gün “Security Essentials” antivirusu üçün 1.113.672.0 nömrəsi altında yeniləmə paketi çıxararaq bu problemi həll edib. Bununla əlaqədar, həmçinin “Google Chrome” (14.0.835.187) səyyahının yeni versiyası çıxarılıb. Yeni versiyada problem aradan qaldırılıb.

Oxşar hadisələr əvvəllər də olub. Məsələn, 2010-cu ilin aprel ayında 10 minlərlə kompyuter işləmək qabiliyyətini itirib. Buna səbəb isə “McAfee” müdafiə proqram təminatı növbəti yeniləmədən sonra “Windows” əməliyyat sisteminin sistem prosesini virus kimi qəbul etmişdi.

“Microsoft Security Essentials” antivirusunun ilk versiyası 2009-cu ilin payızında çıxıb. Proqramı şirkətin rəsmi saytından pulsuz yükləmək olar və “Windows XP SP3”, “Windows Vista SP1” və ya “SP2” və “Windows 7” ilə işləyən kompyuterə quraşdırmaq olar.

Proqram nəhəngi “Windows”un növbəti versiyasına antivirusu inteqrasiya etməyə söz verib.



Baxış sayı: 982

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024