12px13px15px17px
Tarix:03/10/11

“Android” əməliyyat sistemi ilə işləyən “HTC” smartfonlarında boşluq tapılıb

“Android” əməliyyat sistemi ilə işləyən “HTC” smartfonlarının bir neçə modelində boşluq aşkar edilib. Boşluq nəticəsində kənar proqramlardan aparat sahibinin şəxsi məlumatlarına giriş əldə etmək mümkündür. Bu barədə “Android Police” bloqunda məlumat verilib.

Oğurlanan məlumatlara telefon (proqram yeniləməsi versiyası, icra edilən proqramlar, akkumulyator yükünün səviyyəsi), smartfon sahibinin elektron ünvanları, SMS vasitəsi ilə əlaqə saxladığı insanların nömrələri, GPS koordinatları və digər məlumatlar haqqında informasiyalar aiddir. Quraşdırma vaxtı internetə qoşulmaq tələb edən istənilən proqram bu məlumatlara giriş əldə edə bilər.

Tədqiqatçılar təhlükəsizlik sistemindəki boşluğu “HtcLoggers.apk” xidməti proqram təminatındakı xəta ilə əlaqələndirirlər.

O, smartfon haqqında informasiyanı toplamağa və onu analiz üçün “HTC”-ə göndərməyə xidmət etməlidir, lakin səhv nəticəsində kənar proqramlar aparat haqqında məlumatları ələ keçirə bilirlər.

Boşluğu Ukrayna mənşəli Amerika proqramçısı Artyom Russakovski (Artem Russakovskii) və onun kolleqaları Castin Keys (Justin Case) və Trevor Ekxart (Trevor Eckhart) aşkar ediblər.

Ekxart sentyabr ayının 24-də “HTC” smartfonundakı boşluq haqqında bildirib. Şirkətdən 5 iş günü ərzində cavab gəlmədiyindən, tədqiqatçılar informasiyanı elan etməyə qərar veriblər.

Onların məlumatına əsasən, boşluq “HTC EVO 3D”, “HTC EVO 4G”, “HTC ThunderBolt” və ola bilsin ki Tayvan istehsalçısının daha bir neçə qurğusunda rast gəlinsin.



Baxış sayı: 1034

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024