12px13px15px17px
Tarix:04/03/17

Robotlar bəşəriyyət üçün təhlükə mənbəyidir

Məişət və istehsalda istifadə edilən robotlar "Əşyalar interneti" qurğuları kimi eyni təhlükəsizlik problemlərinə malikdirlər. “IOActive” şirkətinin ekspertləri müxtəlif istehsalçıların məişət və sənaye robotlarında istifadə edilən mobil proqramlar, əməliyyat sistemləri, başqa proqram təminatının təhlili əsasında bu qənaətə gəliblər.

Ekspertlərin sözlərinə görə, robot “əlləri”, “ayaqları”, təkərləri olan və hərəkət etmək qabiliyyətinə malik “əşyalar interneti” qurğusudur. Haker müdaxiləsi nəticəsində robot çox böyük təhlükəyə çevrilə bilər. "Robot və insan arasında qarşılıqlı əlaqə üsulları inkişaf etdikcə yeni hücum ssenariləri meydana çıxır" – “IOActive” şirkətinin ekspertləri Sezar Kerrudo və Lukas Apa deyib.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, ekspertlər tədqiqat çərçivəsində “SoftBank Robotics” şirkətinin istehsalı olan “NAO” və “Rethink Robotics”, “UBTECH Robotics” şirkətindən “Alpha 1S” və “Alpha 2”, “ROBOTIS”-dən “ROBOTIS OP2” və “THORMANG3”, “Universal Robots”dan “UR3”, “UR5” və “UR10” robotlarına qurulmuş proqram təminatını təhlil ediblər.

Məlum olub ki, robotların əksəriyyətində qoşulma təhlükəsiz deyil. Bundan başqa, bir çox modellərin autentifikasiyası ilə bağlı problemləri mövcuddur və avtorizasiya mexanizmləri yoxdur. Bır sıra robotlarda haker hücumlarına dayanıqsız açıq mənbə kodlu kitabxanalar və zəif şifrləmə metodlarından istifadə olunur (bəzi robotlarda şifrləmə ümumiyyətlə yoxdur). Başlanğıc ayar konfiqurasiyaları təhlükəsiz deyil və məlumat itkisinə səbəb ola bilər.

Müxtəlif komponentlər arasında qoşulma yaxşı qorunmadığına görə hakerlər "ortada insan" hücumunu həyata keçirərək robotlara əmrlər verə bilərlər.

Emil Hüseynov




Baxış sayı: 466

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024