12px13px15px17px
Tarix:31/03/17

“DDoS” hücumları biznesə çevrilir

“Kasperski laboratoriyası” şirkəti “DDoS” hücumlarının cinayətkarlar üçün ucuz və effektiv alətə çevrilərək onların təşkili haqqının saatda 7 dollar təşkil etməsini, sifarişçinin orta hesabla 25 dollar ödəməsini açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, tədqiqatçıların fikrincə, bu gün “DDoS” hücumları servis səviyyəsinə görə adi bizneslə müqayisə oluna bilər. Başlıca fərq icraçı və sifarişçinin birbaşa əlaqəsinin olmamasında, onların internet servisləri vasitəsilə əlaqə saxlamasındadır ki, burada da lazımi xidməti seçmək, ödəniş etmək və iş haqqında hesabat əldə etmək mümkündür. Əksər resurslarda qeydiyyatların sayı on mindən çoxdur, lakin rəqəmlərin, populyarlığın süni şəkildə artırılması üçün resurs sahibləri tərəfindən şişirdilməsini istisna etmək olmaz.

Hücumun qiymətinə çoxlu amillər təsir göstərir: onun ssenari və mənbəyi, insidentin müddəti və sifarişçinin olduğu yer, konkret qurbanın xüsusiyyətləri. “DDoS” hücumlarından xüsusi həllər vasitəsilə mühafizə edilən resurslara hücumların həyata keçirilməsinin qiyməti baha olur və bu səbəbdən onlara hücum etmək texniki baxımdan çətinlik törədir. Cinayətkarlar üçün alternativ variant şantajdır. Belə ki, onlar “DDoS” hücumuna başlamamaq və ya artıq başlanan hücumun dayandırılması üçün pul tələb edirlər.

“Kasperski laboratoriyası” şirkətinin antivirus üzrə eksperti Denis Makruşinin sözlərinə görə, hazırda internet şəbəkəsində boşluğa malik çoxlu sayda server, kompüter və “Əşyalar interneti” (IoT) qurğuları var. Əksər şirkətlərin “DDoS” hücumlarından mühafizə vasitələrinə malik olmamasına görə belə hücumların rentabelliyi, tez-tez baş verməsi və mürəkkəbliyi artacaq.  

Nizam Nuriyev  




Baxış sayı: 375

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024