12px13px15px17px
Tarix:06/04/17

“Android” sistemi üçün ən təhlükəli virus aşkar edilib

“Android” mobil əməliyyat sistemində aşkar edilmiş boşluqlar haqda internetdə müntəzəm olaraq xəbərlər dərc edilir. Lakin “Google” şirkəti əmin edir ki, hətta ən təhlükəli boşluqlar bir çox hallarda heç bir real təhlükə deyil, çünki onlar sadəcə “Google Play” internet mağazasından müxtəlif tətbiqləri yükləməklə reytinqini artırırlar. Bununla belə dünən “Android” tərtibatçıları üçün rəsmi saytda dərc edilmiş məqalədə deyilir ki, “Google” və “Lookout” şirkətlərinin təhlükəsizlik üzrə mütəxəssisləri ən mürəkkəb və məqsədyönlü mobil viruslardan birini aşkar ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Chrysaor” adlı yeni virus “iOS” sistemi üçün eksployt kimi hazırlanıb və Birləşmiş Ərəb Əmirliklərində insan hüquqları üzrə aktivisti izləmək məqsədilə istifadə edilib. İndi virus “Android” platformasına uyğunlaşdırılıb.

Sözügedən virusun “iOS” və “Android” sistemləri üçün versiyalarında bir neçə mühüm fərq var. “Apple” şirkəti ötən ilin avqustunda tapılmış boşluqları aradan qaldırıb, ona görə istifadəçilərin narahatçılığına ehtiyac yoxdur. “Android” sistemində virus root giriş əldə etmədikdə təsadüfi istifadəçilərdən icazə sorğu eləyir ki, bu da son nəticədə fərdi məlumatların oğurlanmasına səbəb olur. Bundan başqa, zərərverici kod aşkar edilən kimi öz-özünə ləğv edilir. Bu o deməkdir ki, smartfon sahibi onun telefonuna müdaxilə barədə xəbər tutmur.

Zərərverici proqram mobil cihaza quraşdırıldıqdan sonra hakerlərə zəngləri, yazışmanı, elektron poçtu, parolları izləməyə və hətta kameraya giriş əldə etməyə imkan verir. Bildirək ki, “Google Play” internet mağazasında heç bir mobil tətbiq “Chrysaor” virusuna yoluxmayıb. Bundan başqa, “Google”un əməkdaşları 1,4 milyard aktiv “Android” qurğu arasında 30-dan az virusa yoluxma hadisəsi qeydə alıblar.

Emil Hüseynov




Baxış sayı: 378

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024