12px13px15px17px
Tarix:06/04/17

“Microsoft” şirkəti “Word”, “Excel” və “PowerPoint”də zərərverici linkləri bloklayacaq

“Microsoft” şirkətinin rəsmisi elan edib ki, cari ayda “Office 365 ProPlus” abunəçiləri üçün bəzi masaüstü proqramlara təhlükəsizliyin təmini üzrə yeni funksiya əlavə ediləcək. Şirkət tərəfindən işə salınacaq “Advanced Threat Protection Safe Links” texnologiyası zərərverici linkləri açmağa və onları “Word”, “Excel” və “PowerPoint” proqramlarına əlavə etməyə imkan vermir.

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, “Outlook” poçt xidmətinin masaüstü, mobil və brauzer versiyalarında analoji funksiya mövcuddur. İndi belə imkan “Microsoft”un sənədlərlə işləmək üçün populyar proqramlarında da əlçatan olacaq.

Yeni funksiya aktivləşdirildiyi halda istifadəçi zərərverici istinad üzrə keçid etmək istədikdə proqram onu xəbərdarlıq göstərilən səhifəyə yönləndirir. Bundan sonra istifadəçi təhlükəli sayta baxışdan imtina edə və ya keçidə davam edə bilər.

Emil Hüseynov




Baxış sayı: 413

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024