12px13px15px17px
Tarix:12/04/17

Proqram təminatlarında aşkar edilmiş boşluqların sayı rekord səviyyədədir

20 ildən çox müddətdə informasiya təhlükəsizliyi sahəsində tədqiqatlar dərc edən "IBM X-Force" laboratoriyası boşluqlar haqda yeni hesabatını təqdim edib. Məlum olub ki, boşluqların sayı rekord səviyyədədir və hakerlər ən uğurlu maliyyə yönümlü zərərverici proqramların imkanlarını genişləndirərək onları beynəlxalq səviyyədə tətbiq edirlər.

"IBM" şirkətinin mütəxəssisləri 2016-cı ilin nəticəsinə görə, müxtəlif proqram məhsullarında 10197 boşluq qeydə alıblar. Bu göstərici şirkətin  tarixində ilk dəfə 10 mini ötüb.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, ABŞ şirkətinin məlumatına görə, məlumat itkisi nəticəsində şirkətlər və istifadəçilər 2016-cı ildə ümumilikdə 4 milyarddan çox məlumat itiriblər ki, bu da ötən ilin göstəricisindən 566% daha çoxdur. Şirkət rəsmisi bildirib ki, məlumat sızmasının nəticələri acınacaqlı ola bilər.

"IBM X-Force" laboratoriyasının mütəxəssisləri aşkar ediblər ki, kiberfırıldaqçılar lokal cinayətkar təşkilatlarla şəbəkə və əməkdaşlıqlar yaradaraq yeni regionlarda öz fəaliyyətini genişləndiriblər. Bunun nəticəsi kimi onlar elektron poçt göndərmələri siyahısına, bank eyniləşdirmə məlumatları və pulların yuyulması üçün regional əməliyyatlara giriş əldə ediblər.

"IBM X-Force"nin mütəxəssisləri bildiriblər ki, 2016-cı ildə maliyyə xidmətləri sahəsi kiberhücumların sayı üzrə lider sahə olub, halbuki 1 il əvvəl sözügedən reytinqdə üçüncü yeri tutmuşdu.

Emil Hüseynov




Baxış sayı: 351

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024