12px13px15px17px
Tarix:14/04/17

Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə “Microsoft”un son təhlükəsizlik yeniləmələrini quraşdırmağı tövsiyə edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) “Microsoft” şirkəti proqram təminatlarındakı boşluqları aradan qaldırmaq üçün istifadəçilər üçün təqdim etdiyi 61 yeniləməni (Security Update) quraşdırmağı tövsiyə edir.
 
Elektron Təhlükəsizlik Mərkəzi #VU921560 boşluğunun istifadəçilər və administratorlar üçün təhlükəsini vurğulayır və “Microsoft”un “Aprel 2017” Təhlükəsizlik yeniləmələrini quraşdırmağın vacibliyini qeyd edir.
 
Bu boşluqlardan bəzilərinin istifadəsi sistemin bədniyyətlilər tərəfindən uzaqdan idarə olunması ilə nəticələnir.
 
Bildirilib ki, son təhlükəsizlik yeniləmələri xüsusən ziyanverici kodların yayılması üçün istifadə edilən “Microsoft Office” proqramlarındakı boşluqlar üçün nəzərdə tutulub. Odur ki, yeniləmələrin qısa müddət ərzində istifadəçilər tərəfindən quraşdırılması məqsədəuyğundur. 




Baxış sayı: 377

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024