12px13px15px17px
Tarix:19/04/17

Kompüter viruslarının sayı 200 dəfə artıb

Son on ildə internetdə zərərli proqram təminatının sayı 208,3 dəfə artıb. Bu barədə xüsusi konfransda “Kasperski laboratoriyası” şirkətinin Rusiya və MDB ölkələri üzrə idarəedici direktoru Sergey Zemkov bildirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, onun sözlərinə görə, hazırda şirkətin antivirus laboratoriyası hər gün 300 min yeni zərərli proqram təminatı obyekti qeydə alır.

Mütəxəssis, həmçinin əlavə edib ki, bu tendensiya XXI əsrdə kibertəhdidlər probleminin getdikcə daha təhlükəli olmasından xəbər verir, çünki hazırda internetdə adi alış-verişdən tutmuş, beynəlxalq əhəmiyyətli məxfi materiallaradək çoxlu müxtəlif əməliyyatlar həyata keçirilir.  

Qeyd edək ki, 1997-ci ildə saatda 1 virus aşkar edən laboratoriya mütəxəssisləri on il sonra - 2007-ci ildə bu göstərici artıq dəqiqədə 1 virusa bərabər olub. Bu gün bu rəqəmdə xeyli artım müşahidə olunur və mütəxəssislər onun qarşısını almağa çalışırlar.  

Nizam Nuriyev 




Baxış sayı: 404

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024