12px13px15px17px
Tarix:01/05/17

“Google Chrome” brauzeri hər bir təhlükəli veb səhifə haqda xəbərdarlıq edəcək

Veb sayt sahiblərinin HTTPS təhlükəsiz protokoluna keçid kampaniyası “Google” şirkətinin təhlükəsiz internet yaratmaq strategiyasının bir hissəsidir. “Chrome 62” versiyasından etibarən brauzer HTTP protokolundan istifadə edən saytlara daxil olan internet istifadəçilərini daha aktiv xəbərdar etməyə başlayacaq. Ünvan sətrində hər hansı məlumatın daxil edilməsi zaman dərhal zəruri təhlükəsizlik protokolunun olmaması barədə xəbərdarlıq göstəriləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Chrome 56” brauzerindən etibarən HTTP protokolundan istifadə edən səhifədə şifr və ya kredit kartlarının məlumatları daxil edildiyi zaman brauzerin ünvan sətrində URL-dan sağda "Sayta qoşulma təhlükəsiz deyil" xəbərdarlığı görsənməyə başlayıb. “Chrome” brauzeri gələcəkdə hər bir  problemli səhifə ilə əlaqədar təhlükə haqda xəbərdarlıq göstərəcək. “Chrome 62” brauzerinin yekun versiyası cari ilin oktyabrında istifadəçilərin ixtiyarına veriləcək.

Emil Hüseynov




Baxış sayı: 598

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024