12px13px15px17px
Tarix:06/05/17

Antivirus həlləri məhsulları lazımi səviyyədə qorumur

Müstəqil "AV-Test" laboratoriyasının mütəxəssisləri müxtəlif antivirus istehsalçılarının adi özünümüdafiə texnologiyalarından istifadə etmələri ilə bağlı apardıqları tədqiqatın yekunu üzrə bəzi antivirus həlləri istehsalçılarının məhsulların müdaxilədən adekvat mühafizəsini təmin etməməsi qənaətinə gəliblər.

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, ekspertlər tərəfindən 32 antivirus həlli - ev istifadəçiləri üçün 19 məhsul və korporativ istifadə üçün 13 həll yoxlanıb. Tədqiqat zamanı onlar "ASLR" (Address Space Layout Randomization) və "DEP" (Data Execution Prevention) mühafizə alətlərindən istifadəyə, "PE" fayllarında qüvvədə olan rəqəmli imzanın mövcudluğuna və yenilənmələrin yüklənməsi üçün "HTTPS" protokolundan istifadəyə diqqət yetiriblər.

Nəticələrə görə, "Avira", "Bitdefender", "ESET", "F-Secure", "Kaspersky Lab", "MicroWorld", "Symantec" və "Trend Micro" şirkətlərinin antivirusları "ASLR" və "DEP" texnologiyaları ilə 100 faizlik mühafizə səviyyəsini nümayiş etdirib, daha 7 məhsul (Comodo, Emsisoft, Avast, McAfee, ThreatTrack, Quick Heal və K7) 92,2- 58,5 faizlik nəticəyə nail olub. Ən aşağı nəticə (36,3 faiz) "Ahnlab" antivirusunda qeydə alınıb.

Faylların rəqəmli imza və qüvvədə olan sertifikatdan istifadə baxımından "Bitdefender", "Comodo", "Emsisoft", "ESET", "G Data", "Kaspersky Lab", "McAfee" və "Symantec" effektiv iş nümayiş etdirib. Lakin "Avira" və "AVG" antiviruslarında tədqiqatçılar tərəfindən 1-5 imzalanmamış fayl, eləcə də qüvvədən düşmüş sertifikatdan istifadə aşkarlanıb.

Test zamanı məlum olub ki, yalnız "Avira", "Bitdefender", "ESET", "F-Secure", "G Data" və "Kaspersky Lab" proqram təminatının və yenilənmələrin yayılması üçün "HTTPS" protokolundan istifadə edir.

Əldə edilən nəticələr proqram tərtibatçılarına göndərilib. İstehsalçı nümayəndələri bildirib ki, onların məhsullarında "ASLR" və "DEP" mühafizə texnologiyalarında istifadə qeyri-mümkündür.

"AV-Test" mütəxəssisləri qeyd edib ki, bir sıra istehsalçılar ekspertləri məhsullarda "ASLR" və "DEP" ilə uyğun gəlməyən mühafizə texnologiyalarından istifadə edildiyinə görə onların testlər zamanı heç vaxt 100 faizlik nəticə göstərə bilməyəcəyi barədə məlumatlandırıb. Bununla yanaşı, proqram tərtibatçıları söhbətin hansı texnologiyalardan getməsinə münasibət bildirməkdən imtina ediblər.

Nizam Nuriyev 




Baxış sayı: 369

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024