Tarix:08/05/17
"ICTnews" Elektron Xəbər Xidməti "Macdigger" resursuna istinadən yazır ki, ekspertlərin məlumatına görə, 2017-ci ilin birinci yarısında "Android" üçün 750 mindən çox yeni virus yaradılıb ki, bu da gündə 8400 yeni zərərli proqram deməkdir. İlin sonunadək belə proqram təminatının ümumi sayının 3,5 milyonadək artacağı gözlənilir.
Viruslar üzrə analitiklər problemin ikinci dərəcəli qurğu istehsalçıları arasında xüsusilə yayılması barədə xəbərdarlıq edirlər. Belə qurğular üçün yenilənmələr gec-gec və çox vaxt yubanmalarla buraxılır. Smartfon və planşetlərin cüzi hissəsinin aktual "Android 7.0" versiyasından istifadə etməsi faktı isə vəziyyəti daha da pisləşdirir.
Viruslar xüsusilə "Lollipop" və "Marshmallow" sistemli qurğularda aktiv yayılır: yoluxmuş əlavələrin üçdə iki hissəsi onların payına düşür.
"Google" şirkətinin mobil platformasının versiyaları üzrə statistika:
Dünyada on mobil telefondan doqquzunun "Android" sistemi ilə işləməsi nəzərə alınmaqla hakerlərin "Google" əməliyyat sisteminə marağı təəccüb doğurmur.
Nizam Nuriyev
“Android” üçün hər 10 saniyədə yeni virus yaradılır
"Android" əməliyyat sistemi üçün zərərli proqram təminatı sürətlə yayılaraq hər 10 saniyədə yeni nümunələri yaradılır. Bu barədə Almaniyanın "G Data" tədqiqat şirkətinin hesabatında deyilir."ICTnews" Elektron Xəbər Xidməti "Macdigger" resursuna istinadən yazır ki, ekspertlərin məlumatına görə, 2017-ci ilin birinci yarısında "Android" üçün 750 mindən çox yeni virus yaradılıb ki, bu da gündə 8400 yeni zərərli proqram deməkdir. İlin sonunadək belə proqram təminatının ümumi sayının 3,5 milyonadək artacağı gözlənilir.
Viruslar üzrə analitiklər problemin ikinci dərəcəli qurğu istehsalçıları arasında xüsusilə yayılması barədə xəbərdarlıq edirlər. Belə qurğular üçün yenilənmələr gec-gec və çox vaxt yubanmalarla buraxılır. Smartfon və planşetlərin cüzi hissəsinin aktual "Android 7.0" versiyasından istifadə etməsi faktı isə vəziyyəti daha da pisləşdirir.
Viruslar xüsusilə "Lollipop" və "Marshmallow" sistemli qurğularda aktiv yayılır: yoluxmuş əlavələrin üçdə iki hissəsi onların payına düşür.
"Google" şirkətinin mobil platformasının versiyaları üzrə statistika:
- "Gingerbread" (2.3–2.3.7): 0,9 %;
- "Ice Cream Sandwich" (4.0.3–4.0.4): 0,9%;
- "Jelly Bean" (4.1.x–4.3): 10,1%;
- "KitKat" (4.4): 20,0%;
- "Lollipop" (5.0–5.1): 32,0%;
- "Marshmallow" (6.0): 31,2%;
- "Nougat2 (7.0–7.1): 4,9%.
Dünyada on mobil telefondan doqquzunun "Android" sistemi ilə işləməsi nəzərə alınmaqla hakerlərin "Google" əməliyyat sisteminə marağı təəccüb doğurmur.
Nizam Nuriyev
Baxış sayı: 367
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir