Tarix:10/05/17
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, brauzer vasitəsilə istifadəsi mümkün olan texnologiya inzibatçı tərəfindən təyin edilən şifr ilə mühafizə edilir. Problem ondadır ki, haker şifr sahəsinə heç nə yazmadan konsola daxil ola bilir.
Şəbəkə təhlükəsizliyinin təmini ilə məşğul olan “Tenable” şirkəti boşluğun mövcudluğunu təsdiq edib.
“Intel” korporasiyasının məlumatına görə, sözügedən boşluq 2010-cu ilin istehsalı olan noutbuk, masaüstü kompüter və serverlərdə mövcuddur.
“Intel” şirkəti tərəfdaşlarla birgə problemin aradan qaldırılması üzərində işləyir. Həmçinin sistemi boşluq baxımından yoxlayan alət istifadəyə verib.
Emil Hüseynov
“Intel”in çiplərində aşkar edilmiş boşluq kompüterlərə müdaxiləyə imkan verir
“Intel” korporasiyasının istehsalı olan çiplərdə aşkar edilmiş boşluq hakerlərə kompüter üzərində uzaq məsafədən nəzarəti tam ələ keçirməyə imkan verir. Boşluq “Active Management Technology” (AMT) aparat texnologiyasında aşkar edilib. İnzibatçılar bu aparat texnologiyasının köməyi ilə uzaq məsafədən kompüterlərə xidmət göstərir və başqa məsələləri (məsələn, proqram təminatını yeniləyir və sərt diskləri təmizləyirlər) yerinə yetirirlər. AMT qurğu sönülü olduqda belə klaviatura və “maus”u idarə etməyə imkan verir.“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, brauzer vasitəsilə istifadəsi mümkün olan texnologiya inzibatçı tərəfindən təyin edilən şifr ilə mühafizə edilir. Problem ondadır ki, haker şifr sahəsinə heç nə yazmadan konsola daxil ola bilir.
Şəbəkə təhlükəsizliyinin təmini ilə məşğul olan “Tenable” şirkəti boşluğun mövcudluğunu təsdiq edib.
“Intel” korporasiyasının məlumatına görə, sözügedən boşluq 2010-cu ilin istehsalı olan noutbuk, masaüstü kompüter və serverlərdə mövcuddur.
“Intel” şirkəti tərəfdaşlarla birgə problemin aradan qaldırılması üzərində işləyir. Həmçinin sistemi boşluq baxımından yoxlayan alət istifadəyə verib.
Emil Hüseynov
Baxış sayı: 402
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir