Tarix:11/05/17
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yuxarıda deyildiyi kimi, problem başqa proqramlar üzərindən informasiya göstərən tətbiqlərlə bağlıdır. Bunun üçün istifadəçi qurğunun sazlamalarında proqramlara müvafiq icazəni verən "SYSTEM_ALERT_WINDOW" seçimini aktivləşdirməlidir. “Android 6.0” sisteminin çıxarılmasından sonra bir çox populyar proqramların tərtibatçıları istifadəçilərin çoxsaylı şikayətləri ilə üzləşiblər, çünki sonuncular yuxarıda deyilən icazəni necə aktivləşdirməyi, sadəcə, bilmirdilər. Nəticədə “Google” bu funksiyanı başlanğıc ayar kimi aktivləşdirib və fırıldaqçılar bu imkandan istifadə etməyə qərar veriblər.
Nəticədə cinayətkarlar “Google Play” və “Android” üçün başqa proqramlar mağazasında bütün pəncərələrin üzərindən müxtəlif xəbərdarlıqlar göstərən proqramlar yerləşdirə bilərlər. Mütəxəssislər yalnız yoxlanılmış proqramları yükləməyi tövsiyə edirlər. Həmçinin etibarsız mənbələrdən proqram təminatı yükləmək məsləhət görülmür.
Emil Hüseynov
“Android” istifadəçilərinin 40%-i təhlükə altındadır
“Google” şirkəti 2015-ci ildə “Android 6.0 Marshmallow” mobil əməliyyat sistemini istifadəyə verməklə başqa proqramlar üzərindən müxtəlif xəbərdarlıqlar göstərmə funksiyasını əlavə etmişdi. Amma “Check Point” şirkətinin mütəxəssisləri aşkar ediblər ki, “Android 6.0.1 Marshmallow” və yeni versiyaların idarəsi altında işləyən bütün qurğular (38,3%) fırıldaqçıların hücumlarına qarşı dayanıqsızdır. “Google” şirkəti məsələdən xəbərdardır və bildirib ki, problem yalnız “Android” sisteminin növbəti versiyasında öz həllini tapacaq.“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yuxarıda deyildiyi kimi, problem başqa proqramlar üzərindən informasiya göstərən tətbiqlərlə bağlıdır. Bunun üçün istifadəçi qurğunun sazlamalarında proqramlara müvafiq icazəni verən "SYSTEM_ALERT_WINDOW" seçimini aktivləşdirməlidir. “Android 6.0” sisteminin çıxarılmasından sonra bir çox populyar proqramların tərtibatçıları istifadəçilərin çoxsaylı şikayətləri ilə üzləşiblər, çünki sonuncular yuxarıda deyilən icazəni necə aktivləşdirməyi, sadəcə, bilmirdilər. Nəticədə “Google” bu funksiyanı başlanğıc ayar kimi aktivləşdirib və fırıldaqçılar bu imkandan istifadə etməyə qərar veriblər.
Nəticədə cinayətkarlar “Google Play” və “Android” üçün başqa proqramlar mağazasında bütün pəncərələrin üzərindən müxtəlif xəbərdarlıqlar göstərən proqramlar yerləşdirə bilərlər. Mütəxəssislər yalnız yoxlanılmış proqramları yükləməyi tövsiyə edirlər. Həmçinin etibarsız mənbələrdən proqram təminatı yükləmək məsləhət görülmür.
Emil Hüseynov
Baxış sayı: 336
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir