Tarix:15/05/17
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, proqram tərtibatçıları üçün yeni təlimatda deyilir ki, əlavələrin adları unikal olmalı və artıq dərc edilən proqramların adlarını təkrarlamamalıdır. Həmçinin, əlavələrin dərc edilmə prosesləri, risklərin qiymətləndirilməsi sistemi, istifadəçi funksiyaları yenilənib.
Məlumata görə, “Google”un internet əlavələri üzrə istifadəçi məlumatlarını tələb edən yeni yoxlama mərhələsi tətbiq etməsi nəticəsində bir sıra əlavə tərtibatçıları “Google API Console”, “Firebase Console” və ya “Apps Script Editor” vasitəsilə yeni proqram dərc etmək və ya köhnə versiyanı modifikasiya etmək istəyən zaman səhvlə rastlaşa bilər. Bir sıra əlavələrin əllə yoxlanılması prosesi üçün 3-7 gün, bəzi hallarda isə daha az müddət lazım olacaq.
“Google Play” mağazasında həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri nəticəsində təhlükəli və saxta servislərin fəaliyyətinə son qoyulacaq.
Nizam Nuriyev
“Google Play” mağazasında saxta əlavələrin sayı azalacaq
Mayın əvvəlində “Google” hesab sahibləri nəticələri indiyədək hiss olunan kütləvi fişinq hücumuna məruz qaldıqdan sonra şirkət servislərin, o cümlədən “Google Play” əlavələr mağazasının fəaliyyəti ilə bağlı həyata keçirilən siyasətdə bir sıra dəyişikliklər edib. ABŞ şirkəti istifadəçiləri maksimum fişinq funksiyalı saxta məhsullardan qorumaq üçün eyniadlı saxta proqramların mövcudluğuna son qoymaq qərarına gəlib. Buna səbəb son fişinq hücumunda təhlükəsizlik sistemində əhəmiyyətli çatışmazlıq kimi qiymətləndirilən “Google” sözündən istifadə olub.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, proqram tərtibatçıları üçün yeni təlimatda deyilir ki, əlavələrin adları unikal olmalı və artıq dərc edilən proqramların adlarını təkrarlamamalıdır. Həmçinin, əlavələrin dərc edilmə prosesləri, risklərin qiymətləndirilməsi sistemi, istifadəçi funksiyaları yenilənib.
Məlumata görə, “Google”un internet əlavələri üzrə istifadəçi məlumatlarını tələb edən yeni yoxlama mərhələsi tətbiq etməsi nəticəsində bir sıra əlavə tərtibatçıları “Google API Console”, “Firebase Console” və ya “Apps Script Editor” vasitəsilə yeni proqram dərc etmək və ya köhnə versiyanı modifikasiya etmək istəyən zaman səhvlə rastlaşa bilər. Bir sıra əlavələrin əllə yoxlanılması prosesi üçün 3-7 gün, bəzi hallarda isə daha az müddət lazım olacaq.
“Google Play” mağazasında həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri nəticəsində təhlükəli və saxta servislərin fəaliyyətinə son qoyulacaq.
Nizam Nuriyev
Baxış sayı: 337
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir