Tarix:24/05/17
"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, "Trustlook" şirkətinin ekspertlərinin məlumatına görə, hazırda 386 min "WannaCry" versiyası mövcuddur.
Xatırladaq ki, zərərli proqram təminatı iki komponentdən - "SMB" virusu və bilavasitə fırıldaqçı proqramdan ibarətdir. Virus fırıldaqçı proqramı əvvəlcə lokal şəbəkədə, daha sonra internet vasitəsilə yayır. "WannaCry" proqramının birinci versiyasında yoluxdurulmuş kompüterlərdə faylların şifrlənməsi funksiyasını söndürməyə imkan verən domen adı olub. Lakin "SMB" virusu yoluxdurmanı yaymaqda davam edib.
Məlumata görə, zərərli proqram təminatının birinci versiyası aşkar edildikdən sonra kibercinayətkarlar tərəfindən onun ikinci versiyası buraxılıb. Fransalı tədqiqatçı Matye Suiş britaniyalı həmkarından nümunə götürərək zərərli proqramda göstərilən kodda "ifferfsodp9ifjaposdfjhgosurijfaewrwergwea.com" domenini qeydiyyatdan keçirdikdən sonra "WannaCry" birinci versiya kimi Britaniya tədqiqatçısının eyni serverinə müraciət etməyə başlayıb. Bu isə o deməkdir ki, kompüter zərərli proqram təminatının sonuncu versiyası ilə yoluxdurulsa belə, şifrləmə prosesi işə düşməyəcək.
Buna baxmayaraq ekspertlər tərəfindən "WannaCry" proqramını təkrarlayan yeni fırıldaqçı proqramların yaranması qeydə alınır.
"Microsoft" korporasiyası boşluqları aradan qaldıran, o cümlədən artıq dəstəklənməsi dayandırılan "Windows XP" üçün yenilənmə təqdim etsə də, məlum olub ki, "WannaCry" virusunun yoluxdurduğu kompüterlərin 98 faizi "Windows 7" əməliyyat sisteminin idarəetməsi ilə işləyib.
Nizam Nuriyev
“WannaCry” virusunun versiyalarının sayı 400 minə yaxınlaşır
Ötən həftənin sonunda dünya "WannaCry" fırıldaqçı proqram təminatından istifadə edilməklə miqyasına görə misli görünməmiş kiberhücumla rastlaşıb. İndiyədək təhlükəsizlik üzrə tədqiqatçılar tərəfindən zərərli proqramın təxminən dörd yüz min variantı aşkarlanıb."ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, "Trustlook" şirkətinin ekspertlərinin məlumatına görə, hazırda 386 min "WannaCry" versiyası mövcuddur.
Xatırladaq ki, zərərli proqram təminatı iki komponentdən - "SMB" virusu və bilavasitə fırıldaqçı proqramdan ibarətdir. Virus fırıldaqçı proqramı əvvəlcə lokal şəbəkədə, daha sonra internet vasitəsilə yayır. "WannaCry" proqramının birinci versiyasında yoluxdurulmuş kompüterlərdə faylların şifrlənməsi funksiyasını söndürməyə imkan verən domen adı olub. Lakin "SMB" virusu yoluxdurmanı yaymaqda davam edib.
Məlumata görə, zərərli proqram təminatının birinci versiyası aşkar edildikdən sonra kibercinayətkarlar tərəfindən onun ikinci versiyası buraxılıb. Fransalı tədqiqatçı Matye Suiş britaniyalı həmkarından nümunə götürərək zərərli proqramda göstərilən kodda "ifferfsodp9ifjaposdfjhgosurijfaewrwergwea.com" domenini qeydiyyatdan keçirdikdən sonra "WannaCry" birinci versiya kimi Britaniya tədqiqatçısının eyni serverinə müraciət etməyə başlayıb. Bu isə o deməkdir ki, kompüter zərərli proqram təminatının sonuncu versiyası ilə yoluxdurulsa belə, şifrləmə prosesi işə düşməyəcək.
Buna baxmayaraq ekspertlər tərəfindən "WannaCry" proqramını təkrarlayan yeni fırıldaqçı proqramların yaranması qeydə alınır.
"Microsoft" korporasiyası boşluqları aradan qaldıran, o cümlədən artıq dəstəklənməsi dayandırılan "Windows XP" üçün yenilənmə təqdim etsə də, məlum olub ki, "WannaCry" virusunun yoluxdurduğu kompüterlərin 98 faizi "Windows 7" əməliyyat sisteminin idarəetməsi ilə işləyib.
Nizam Nuriyev
Baxış sayı: 384
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir