12px13px15px17px
Tarix:26/05/17

Yüzlərlə “Android” proqramı istifadəçiləri izləmək üçün ultrasəsdən istifadə edir

“Google Play” mobil tətbiqlər mağazasından “Android” mobil əməliyyat sistemi üçün ultrasəs mayakı ilə təchiz edilmiş yüzlərlə proqram silinib. Bu proqramlar istifadəçiləri izləyib. Bu haqda “DailyMail” nəşri yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, bu texnologiyanın əsasını müxtəlif qurğular arasında ultrasəs siqnalları ilə (insan qulağı tərəfindən eşidilmir) mübadilə təşkil edir. Nəticədə belə siqnalları “oxuyan” mobil proqram qurulmuş smartfon istifadəçinin olduğu yeri və onun nə ilə məşğul olması haqda informasiya toplayır. Marketoloq və reklamçılar isə hədəflənmiş reklamın yaradılmasında bu məlumatlardan istifadə edə bilərlər.
 
Bransvik Texniki Universitetinin tədqiqatçıları müəyyənləşdiriblər ki, ultrasəs siqnallarının tanınması üçün kod, həmçinin böyük brendlərin (məsələn, McDonald's və Krispy Kreme) mobil proqramlarına tətbiq edilib.
 
Emil Hüseynov




Baxış sayı: 460

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024