12px13px15px17px
Tarix:30/05/17

Yeni virus “Android” sistemli 36,5 milyon qurğunu yoluxdurub

“Android” mobil əməliyyat sistemi ilə işləyən cihazların sahibləri zərərverici mobil proqramların qurbanı ola bilərlər. “Play Store” tətbiqlər mağazasında təhlükəli proqramlar aşkar edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, “Google” şirkəti artıq zərərverici proqram təminatının təmizlənməsi ilə məşğul olub və “Judy” adlı virusa yoluxmuş təxminən 40 mobil proqramı silib. Məlum olub ki, 36 milyondan çox istifadəçinin qurğusu bu virusa yoluxub. Mütəxəssislərin araşdırmasına görə, zərərverici proqramlar Cənubi Koreyanın “Kiniwini” şirkətinə məxsusdur.

Bu şirkətin mobil proqramları bir neçə il ərzində istifadəçilər üçün əlçatan olub və bundan əvvəl belə problem qeydə alınmayıb.

Emil Hüseynov




Baxış sayı: 371

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024