Tarix:02/06/17
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, öz işində kompüter təliminin xüsusi modelindən istifadə edən “Gmail” servisi spam və fişinq mesajlarını təxminən 99,9% dəqiqliklə müəyyənləşdirməyi öyrənib. Servis tərəfindən emal edilən məktubların 70%-i spamdır.
Bundan başqa, “Gmail” servisi məlumat itkisinin qarşısını almaq üçün nəzərdə tutulmuş xəbərdarlıq göstərəcək. Məsələn, istifadəçi şirkətə məxsus olmayan domendən istifadə edən şəxsə cavab yazdığı halda sistem bu əməliyyatın edilməsini təkrar sorğulayacaq. İstifadəçinin kontakt siyahısında olan və ya daim onunla ünsiyyət saxlayan şəxslər üçün bu xəbərdarlıq göstərilməyəcək.
“Google”, həmçinin fırıldaqçılıq metodlarından istifadə edən proqram təminatı və polimorf zərərverici proqramlara qarşı yeni daxili qoruma alətləri əlavə edib.
Emil Hüseynov
Süni intellekt “Gmail” servisində spam və fişinq məktubların 99,9%-ni bloka salır
“Google” şirkəti “Gmail” elektron poçt xidmətinə yeni təhlükəsizlik mexanizmləri əlavə edib. Əsas yenilik süni intellektin tətbiqi ilə bağlıdır. Şirkət nümayəndəsinin sözlərinə görə, süni intellekt, demək olar ki, bütün arzuolunmaz məktubları blok edir.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, öz işində kompüter təliminin xüsusi modelindən istifadə edən “Gmail” servisi spam və fişinq mesajlarını təxminən 99,9% dəqiqliklə müəyyənləşdirməyi öyrənib. Servis tərəfindən emal edilən məktubların 70%-i spamdır.
Bundan başqa, “Gmail” servisi məlumat itkisinin qarşısını almaq üçün nəzərdə tutulmuş xəbərdarlıq göstərəcək. Məsələn, istifadəçi şirkətə məxsus olmayan domendən istifadə edən şəxsə cavab yazdığı halda sistem bu əməliyyatın edilməsini təkrar sorğulayacaq. İstifadəçinin kontakt siyahısında olan və ya daim onunla ünsiyyət saxlayan şəxslər üçün bu xəbərdarlıq göstərilməyəcək.
“Google”, həmçinin fırıldaqçılıq metodlarından istifadə edən proqram təminatı və polimorf zərərverici proqramlara qarşı yeni daxili qoruma alətləri əlavə edib.
Emil Hüseynov
Baxış sayı: 408
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir